Masallıda “Könüllülük uğur formulu” adlı maarifləndirici tədbir keçirilib

18 noyabr 2019-cu il tarixdə Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə gənclər arasında könüllük fəaliyyətinin daha geniş təşviq edilməsi məqsədi ilə “Könüllülük uğur formulu”adlı maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov Dövlətin idarə olunmasında gənclərin və könüllülük təsisatlarının rolundan, eləcə də tarixən aparıcı qüvvəyə malik gənclərin səmərəli fəaliyyətindən, müasir çağırışlardan bəhs edərək bildirdi ki, könüllülük fəaliyyəti, onun mənəvi üstünlükləri, hər bir fərdin bilik və bacarıqlarının, peşəkarlıq və peşə etikasının formalaşmasında könüllülüyün rolu əhəmiyyətli dərəcədə yüksəkdir.

Tədbirin sonunda Beynəlxalq sertifikatlı təlimçi Rafət Şirəliyev 40 nəfərə yaxın gəncin qatıldığı təlimdə iştirakçılara könüllülük nədir, könüllülüyün tarixi, könüllüyün prinsip və məqsədləri, könüllünün və təşkilatın hüquq və vəzifələri, “Könüllü Fəaliyyəti Haqqında” Azərbaycan Respublikasının Qanunu, Könüllülüklə bağlı yerli və beynəlxalq təcrübə, könüllülüyün cəmiyyətin inkişafına tövhəsi, könüllülüyün gənclərin inkişafında və karyerasında uğuru, könüllülər necə sosial xidmət gəstərə bilər və s. haqqında məlumatlar verilib.

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...