Növbəti təlimlərə 400 nəfər cəlb olunacaq

Əlilliyi olan şəxslərin kiçik biznes qurmalarına dəstək proqramı çərçivəsində yaxın günlərdə növbəti təlimlərə başlanacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən SİA-ya verilən məlumata görə, bu dəfə 7 rayon üzrə 400 nəfər əlilliyi olan şəxsin təlimlərə cəlb edilməsi nəzərdə tutulub.

Təlimlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramının “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” adlı birgə layihəsi çərçivəsində təşkil olunur. Bundan əvvəl 5 rayon – Binəqədi, Sabunçu, Abşeron, Zaqatala rayonları və Sumqayıt şəhəri üzrə 242 nəfər əlilliyi olan şəxs təlimləri müvəffəqiyyətlə başa vurub və onlara sertifikatlar verilib.

Layihənin icrası üçün pilot olaraq 12 rayon və şəhər müəyyən edilib. İlkin mərhələdə həmin şəhər və rayon üzrə məşğulluq orqanlarında qeydiyyatda olan əlilliyi olan şəxslər arasından kiçik biznesini qurmaq üçün potensialları olan 700 nəfər seçilərək təlimlərə cəlb edilib.

Təlimləri uğurla bitirən və biznes ideyası müsbət hesab edilən 500 nəfərə kiçik bizneslərini yaratmaq üçün mal və materiallar formasında dəstək göstəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...