Gənclər təşkilatı maarifləndirmə kampaniyasına start verdi FOTO

Gənclər üçün Təhsil Mərkəzi (GTM) və UNİCEF-in birgə icra etdiyi "İnteqrasiya olunmuş sosial xidmətlər modeli " layihəsi çərçivəsində GTM-in Aran Regional ofisinin əməkdaşları tərəfindən Şirvan şəhərində məktəblilər arasında “Bullinq” mövzusunda maarifləndirici tədbirlərə start verildi.

Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, Gənclər üçün Təhsil Mərkəzi Aran Regional ofisinin rəhbəri Yusif Poladov bildirib ki,təşkil olunan görüşlərin əsas məqsədi ümumi təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdan ibarətdir.

Bir ay davam edən kampaniya çərçivəsində Mərkəzin sosial işçiləri Kənan İbadov, Ülviyyə Şahbazova və Orxan Kazımzadə tərəfindən məktəblilərə “Bullinq” mövzusunda təqdimatlar həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə