ABŞ İrandakı etirazları dəstəklədi İranın münasibəti gecikmədi

ABŞ İran xalqının dinc etirazlarını dəstəkləyib və nümayişçilərə qarşı güc tətbiq edilməsini pisləyib. SİA-nın məlumatına görə, İranda benzinin qiymətinin artmasına qarşı nümayişlər keçırılir. Noyabrın 15-də keçirilən iğtişaşlar zamanı bir nəfərin öldüyü bildirilib.

Ağ Evin yaydığı bəyanatda qeyd olunub: "ABŞ İran xalqını ona rəhbərlik etməli olan rejimə qarşı dinc etirazlarında dəstəkləyir. Biz ölümlə nəticələnə bilən güc tətbiq edilməsini və nümayişçilərə qarşı istifadə edilən rabitə mövzusunda sərt məhdudiyyətləri müzakirə edirik".

Daha əvvəl İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Abbas Musavi ABŞ-ın İrandakı etirazlarla bağlı verdiyi açıqlamanı ölkənin işlərinə müdaxilə hesab etdiyini bildirib.

Tehran ABŞ-ın İrandakı etirazlara aid bəyanatını ölkənin daxili işlərinə müdaxilə hesab edir. İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musavi bəyan edib.

Daha əvvəl ABŞ-nın Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus, İran hakimiyyətinin etirazlar zamanı ölkədə İnterneti bağlamaq cəhdlərini qınadığını və ABŞ-ın "səbirli İran xalqını" dəstəklədiyini açıqlayıb.

İranın Xarici İşlər Nazirliyinin saytındakı açıqlamada A.Musavi deyib: "Böyük İran xalqı bu cür ifadələrin heç bir səmimiliy olmayan riyakarlıq və münafiqliy olduğunu yaxşı bilir".

İran XİN-nin rəsmi nümayəndəsi həmçinin ABŞ Dövlət Departamentinin İrandakı etirazlarla bağlı açıqlamasını da qınayıb və ölkənin daxili işlərinə müdaxilə adlandırıb.

Qeyd edək ki, İranda benzinin qiymətinin artması səbəbi ilə etirazlar davam edir. Noyabrın 15-də keçirilən aksiyalar zamanı bir nəfərin öldüyü bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...