Polis Akademiyasının komandası qalib gəllib

Heydər Əliyev Mərkəzində ali təhsil müəssisələrinin tələbələri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda respublika bilik yarışı keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin və irsinin dərindən öyrənilməsi və təbliği məqsədilə respublikanın 49 dövlət və özəl ali təhsil müəssisələrinin, o cümlədən xüsusi təyinatlı ali təhsil müəssisələrinin komandaları iştirak edib. Bu bilik yarışmasında DİN-in Polis Akademiyasının komandası xüsusilə fərqlənərək 30 bal toplamış və I yerə layiq görülüb.

Qeyd edək ki, 2014-cü ildən başlayaraq Heydər Əliyev Mərkəzində bu mövzuda bilik yarışı keçirilir.

Polis Akademiyasının komandası 2015-ci ildə keçirilmiş II Ümumrespublika bilik yarışında II, 2018-ci ildə keçirilmiş V Ümumrespublika bilik yarışında isə III yeri tutmuşdur.

Kursantları yarışa Polis Akademiyasını "İctimai elmlər" kafedrasının rəisi, polis mayoru Rəhim Məcnunov və kafedranın baş müəllimi, polis mayoru Rəşad Qasımov hazırlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...