Astaranın dağ kəndi Pəlikəşdə əhali ilə görüş

Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə növbəti səyyar qəbul-görüşü Pəlikəş kəndində olub. SİA-nın məlumatına görə, görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak ediblər.

Səyyar qəbul-görüşdə söylənilən arzu və təkliflər dinlənilib, məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilib.

Səyyar qəbullarda sakinlər tərəfindən qaldırılan məsələlərin həllinə diqqətlə yanaşdığına görə rayon rəhbərliyindən razılıqlarını bildirən kənd sakinləri Pəlikəş kənd tam orta məktəbindən kəndin mərkəzinə və Sım kəndinə gedən yolun təmir edilməsinə köməklik göstərilməsini xahiş ediblər.

İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev səmimi görüşə görə sakinlərə minnətdarlıq edib. Bildirib ki, Pəlikəş kəndinə asfalt yolun çəkilməsi ilə əhalini narahat edən əsas problem həllini tapmış, digər məsələlər də tədricən həll olunacaqdır. İcra başçısı beş-altı il əvvəl əhali ilə keçirdiyi görüşü xatırladaraq şəraitsizlikdən əziyyət çəkən əhalinin son illər aparılan tikinti-quruculuq işləri ilə nə qədər rahatlığa qovuşduqlarından məmnunluğunu ifadə edib. Rayon ərazisində salınan asfalt yolların böyük hissəsinin dağ kəndlərini əhatə etdiyini bildirərək, yol çəkilişindən sonra bu səfalı yerlərə gələnlərin sayının ildən-ilə artdığını diqqətə çatdırıb. Bildirib ki, mövcud olduğu tarixi ərzində işığı və avtomobil yolu olmayan Dolu və Diqo kəndlərinə artıq elktrik enerjisi verilir, avtomobil yolunun çəkilməsi üçün cəlb edilmiş müasir texnikalar işə başlayıb. Bu yolların salınması ilə bir neçə qonşu kəndlərin sakinlərinin də yolsuzluq probleminə son qoyulacaq. Bundan əlavə nümayəndəliyin Dolu kəndində yeni quraşdırılmış modul tipli ibtidai məktəb istifadəyə verilib, Lomin və Dürriyə kəndilərində quraşdırılan modul tipli yeni məktəb binalarında son tamamlanma işləri aparılır. İcra başçısı əlavə edib ki, elektrik xətlərinin çəkilməsində və məktəb avadanlıqlarının daşınmasında yol probleminin olmasına baxmayaraq əlindən gələn köməkliyi əsirgəməyən yerli təşəkkürünü bildirib.

İcra başçısı Pəlikəş kənd tam orta məktəbində tədrisin vəziyyəti və Diqo kəndinə avtomobil yolunun çəkilişi ilə maraqlanıb, əlaqədar təşkilatlara tövsiyə və tapşırıqlarını verib.

Sərraf Mirsəfəroğl

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...