“Xaricdəki söyüş müxalifətinin hamısı ifşa olunacaq” RƏY-ÖZƏL

"Bu bir faktdır ki, dağıdıcı müxalif ünsürlərin xarici qüvvələrdən ibarət olan havadarları var". Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Onun sözlərinə görə, həmin xarici məkrli qüvvələr müxalif pozucu qruplara təlimatlar və göstərişlər verməklə, onları öz məkrli planlarının yerinə yetirilməsinə alət edirlər: "Artıq sübuta yetirilir ki, xaricdəki söyüş qrupunu müəyyən qanunsuz əməllər törətməyə müxalifətin baş bilənləri olan Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və digərləri təhrik edib. Bu çirkin, biznesdir. Buna görə də, bu partiya yetkililəri məsuliyyət daşıyırlar. AXCP, Müsavat və digər aqressiv partiyalar bir çox insanlara saxta partiya vəsiqələri verməklə, onları xaricə göndəriblər. Xaricə gedən saxta vəsiqə sahiblər hay-küy qaldırırlar ki, guya siyasi mühacirdirlər, guya Azərbaycanda siyasi təzyiqlərə məruz qalıblar. Təbii ki, bütün bunlar cəfəng, şər-böhtandan başqa bir şey deyil. Hələ bir necə il bundan əvvəl Yeni Azərbaycan Partiyası çirkin vasitələrlə xaricə üz tutan saxta müxalif partiya üzvlərini milli maraqlara zərbə vurmaqdan çəkinməyə çağırmışdır. Söyüş müxalifətinin fəal üzvləri olan şəxslər xarici ölkələrdə ölkəmizin imicinə zərbə vurmaqdan ötrü Azərbaycana əks olan qüvvələrlə birləşirlər və Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Artıq sübut olundu ki, bu adamlar kimdir və bu adamların əvvəli nə olub, bunlar indi hansı yollarla gedirlər. Bu gün Almaniyada, Hollandiyada, Belçikada, İngiltərədə və digər ölkələrdə oturan söyüş müxalifətinin əksəriyyəti burdan siyasi mühacir adı ilə gediblər və orda Azərbaycanın əleyhinə kampaniyalar aparırlar. Faktlar göstərir ki, doğurdan da bu şəxslər düzgün yolda deyillər. Bunlar Azərbaycan dövlətinin və xalqının əleyhinə uzun müddətdir ki, bu işlərlə məşğuldurlar. Təbii ki, tədricən xaricdəki söyüş müxalifətinin hamısı ifşa olunacaqlar və Azərbaycana gətirilərək, layiq olduqları mənəvi və hüquqi cəzanı alacaqlar".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...