“O tərbiyəsiz uşaqları Avropanın küçələrdən yığışdırmaq lazımdır” RƏY-ÖZƏL

“Mən dəfələrlə demişəm, 4 ay bundan öncə ölkənin xarici kəşfiyyat orqanlarına müraciət etdim ki, o küçə uşaqlarını zərərsizləşdirmək lazımdır”. Bunu SİA-ya açıqlamasında “Müasir Müsavat” partiyasının sədri Hafiz Hacıyev deyib.

Onun sözlərinə görə, o tərbiyəsiz uşaqları Avropanın küçələrdən yığışdırmaq vacibdir: “Çox sevinirəm ki, buna gec də olsa nail olduq. Kərimli Əli, Qəmbər İsa, Həsənli Cəmil kimi olan bu küçə uşaqları Azərbaycanın əleyhinə çox böyük anti-erməni təbliğatına qoşulmuşdular. Müsavat və AXCP liderləri həmin o küçə uşaqlarını Avropa dövlətlərinə göndərməklə böyük bir siyasi biznes qurmuşdular. Buna görə də, Kərimli Əli, Qəmbər İsa, Həsənli Cəmil və Hacılı Arif kimilər həmişə dələduzlar olublar. Bir sözlə, adları çəkilən şəxslər həmişə xalqın pis gələcəyi üçün çalışıblar, imicini ləkələməyə cəhd göstəriblər. Xarici qüvvələrə satılmaqla özlərinə böyük bir var-dövlət toplayıblar. Demək olar ki, tarix boyu bu şəxslər belə olublar. Bu küçə uşaqları Azərbaycanı satmağa həmişə hazır olublar. Bu gün onların satqın və xəyanətkar əməllərinin üstü açıldıqca xaricidə ki, mühacirlər ifşa olunurlar. Çox sevindirici haldır ki, bizim xarici işlər nazirinin, orda ki, səfirlərinin əməli hərəkəti nəticəsində söyüş müxalifəti həbs olundular. İstərdim ki, onların burdakı himayədarı olan Kərimli Əli, Qəmbər İsa, Həsənli Cəmil də cinayət məsuliyyətinə cəlb edilib, həbs olunsunlar. Onlara o partiya biletlərini satan Kərimli Əli, Qəmbər İsa, Hacılı Arif məhkəmə qarşısına çıxarılaraq layiq olduqları cəzanı almalıdırlar. O cümlədən, bu ermənilərin qayınatası olan Həsənov Cəmil Azərbaycan vətəndaşlığından xaric edilsin, o Azərbaycanın övladı deyil, o Azərbaycana həmişə xəyanət edən insan olub. Ümumiyyətlə, dağıdıcı ünsürlər Azərbaycandan xaric edilsinlər və getsinlər orda partiya bileti satdıqları insanlarla bir yerdə yaşasınlar. Bütün bu məsələlərin məsuliyyətini bu ünsürlər daşıyır və onlarda istintaqa cəlb edilməlidir. Çünki, xaricdəki söyüş müxalifətinə bunlar saxta arayışlar veriblər, saxta əzabkeş kimi göstəriblər. Bu fakt öz təsdiqini tapıbdır və istintaqa bunlarda cəlb edilməli, cinayət işi qaldırılmalı və haqlarında çox qəti tədbir görülməlidir. Azərbaycan dövlətçiliyini heç bir mafioz qrupa, heç bir siyasi alverçiyə bağışlaya bilmərik. Azərbaycan dövlətçiliyini biz əbədi olaraq qorunub saxlanılması üçün əlimizdən nə gəlirsə hamısını etməliyik”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə