Bakıda "HR Summit Baku 2019" beynəlxalq tədbiri baş tutub TƏDBİR

"HR BAKU" MMC və Azərbaycan İnsan Resursları Assosiasiyasının (AİRA) birgə təşkilatçılığı ilə 15 noyabr tarixində Boulevard Hotel Baku-da "HR Summit Baku 2019" beynəlxalq tədbiri keçirilib. SİA xəbər verir ki, özəl və dövlət müəssisələrindən iştirakçıların qatıldığı HR sammitdə beynəlxalq qurumların peşəkar mütəxəssusləri insan resurslarının idarəçiliyi üzrə ən yaxşı təcrübələrini paylaşıblar.

AİRA-nın İdarə Heyətinin sədri Tural Məmmədov tədbir barədə geniş məlumat verib. O, tədbirin əhəmiyyətinə toxunaaq insan resurslarının inkişafı və idarə edilməsinə dair fikirlərini səsləndirib. Sammit çərçivəsində HR sahəsinə əsaslanan çıxışlarla yanaşı komanda quruculuğu, heyətin idarə edilməsini səlistləşdirən intellektual yarışlar təşkil edilib. Spikerlər tərəfindən işçi sayının optimallaşdırılması, korporativ nüfuz, dəyişikliklərin idarə edilməsində və işçi məmnunluğunda HR-ın rolu, eləcə də digər aktual mövzular ətrafında geniş təqdimatlar edilib.
Tədbirin qonaqları qismində Kanada, İngiltərə, Pakistan, Portuqaliya, Macarıstan, Almaniya, Rusiya, Fransa və Türkiyədən olan spikerlər karyeralarının müxtəlif pillələrindəki idarəetmə prosesləri və şərtlərdən bəhs ediblər.

Sonda iştirakçılar sertifikatlarla təltif ediliblər.

Qeyd edək ki, HR sammiti İnsan Resurslarının İdarə edilməsi sahəsi üzrə Azərbaycanda ən böyük tədbirlərdən olub, 2017-ci ildən yerli və xarici mütəxəssislərin iştirakı ilə hər il keçirilməkdədir. Sammit haqqında ətraflı məlumatla www.hrsummit.az rəsmi səhifəsində tanış olmaq olar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə