“İntellekt akademiyası -2” layihəsi uğurla başa çatıb

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “İşıqlı Gələcək” GİB-in təşkilatçılığı və “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin ev sahibliyi ilə keçirilən “İntellekt Akademiyası-2” layihəsi uğurla başa çatıb.

Layihə çərçivəsində ali və orta, orta-ixtisas təhsil müəssisələrində təhsil alan yeniyetmə və gənclərin intellektual qabiliyyətlərinin inkişaf etdirilməsi, onların intellektual səviyyəsinin, bilik və məlumat bazasının möhkəmlənməsi məqsədilə müxtəlif formatda intellektual yarışlar keçirilib. Qeyd edək ki, yarış zamanı Mingəçevirdə yaşayan və təhsil alan gənclərlə yanaşı, ətraf regionları təmsil edən komandalar da iştirak edib. Layihənin yekun yarışında çıxış edən İşıqlı Gələcəyin icraçı direktoru Rəşad Qurbanov Azərbaycan Respublikasının Gənclər Fonduna və layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Mingəçevir Gənclər Evinə öz təşəkkürünü bildirib. “Xəmsə” milli intellektual oyununda bütün komandalara uğurlar arzulayan icraçı direktor gənclərin intellektual oyunlara maraq göstərməsi və cəlb edilməsinin uğurlu addım olduğunu vurğulayıb, bu oyunların komanda şəklində keçirilməsinin onların kollektivləşməyə, kollektiv oyunlara marağını artırmaqda böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Ümumilikdə 9 komandanın bilik və bacarığını yarışdırdığı “Xəmsə” milli intellektual oyununda “Panteon” komandası 5101 xalla yarışın qalibi , “Legends” komandası II, “Anti-pation” komandası isə 3-cü yerin sahibi olub. Sonda qalib komanda və üzvləri kubok, medal və sertifikatlarla, II və III yerin sahibi olan komanda üzvləri isə medal və sertifikatlarla təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə