Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov Meksika səfiri Xuan Rodrigo Labardini Floreslə görüşüb.
Agentlikdən SİA-ya verilən məlumata görə, qonaqları səmimi salamlayan Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov bu görüşün qarşılıqlı nailiyyətlərə, eləcə də dəniz nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılmasına imkan yaradacağına ümidvar olduğunu dedi. Azərbaycan Respublikası ilə Meksika Birləşmiş Ştatları arasında mövcud diplomatik münasibətlərə toxunan Qüdrət Qurbanov Latın Amerikası regionunda Azərbaycanın ilk səfirliyini məhz Meksikada təsis etməsini ölkələrimiz arasında əməkdaşlığa böyük önəm verilməsi kimi dəyərləndirdi.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəniz nəqliyyatı sahəsinin dinamik inkişafı üçün böyük imkanlar yaradıldığını diqqətə çatdıran Dövlət Dəniz Agentliyinin direktoru bildirdi ki, Agentlik qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsində təcrübəsinin öyrənilməsinə və bu təcrübənin Azərbaycanda tətbiq edilməsinə xüsusi diqqət yetirir.
Dövlət Dəniz Agentliyinin fəaliyyəti barədə danışan Qüdrət Qurbanov Azərbaycanın dəniz nəqliyyatı sahəsində dövlət nəzarətinin həyata keçirilməsi, dəniz üzgüçülüyünün təhlükəsizlik sisteminin təşkilindən söz açdı. Qüdrət Qurbanov vurğuladı ki, Dövlət Dəniz Agentliyi tərəfindən dənizçilərin hazırlanması və onlara diplomların verilməsi sahəsində həyata keçirilən effektiv fəaliyyətin nəticəsidir ki, 2009 – cu ildə Avropa Dəniz Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan yoxlamalar nəticəsində Dövlət Dəniz Agentliyi tərəfindən verilən diplom və sertifikatlar Avropa İttifaqı tərəfindən tanınıb. Aparılan yoxlamalar nəticəsində Azərbaycan Beynəlxalq Dəniz Təşkilatı tərəfindən 2016 – cı ildə Təşkilatın “Ağ siyahısı”na daxil edilib.
Bununla yanaşı 2017 – ci ilin 28 may – 06 iyun tarixlərində Respublikamızın dəniz nəqliyyatı sahəsində qoşulduğu beynəlxalq konvensiyaların tətbiqi səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi məqsədi ilə Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupu tərəfindən ölkəmizdə keçirilən yoxlamanın nəticələrinə görə Azərbaycan 174 dünya dəniz dövləti sırasında ön sırada yer tutub.
Azərbaycan və Meksika ilə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar və perspektivlər mövcuddur deyən Qüdrət Qurbanov Meksikanın bu sahədə zəngin təcrübəyə malik olduğunu bildirdi. Dövlət Dəniz Agentliyinin direktorunun sözlərinə görə, bu əlaqələrin intensiv şəkildə inkişaf etdirilməsi və təcrübə mübadiləsinin aparılması mühüm əhəmiyyət kəsb edir. Məhz bu istiqamətdə səylərin artırılması, eləcə də daim diqqət mərkəzində saxlanılması zəruridir.
Dövlət Dəniz Agentliyinin direktoru vurğuladı ki, Beynəlxalq Dəniz Təşkilatının Şurasında dəniz nəqliyyatı və naviqasiyası üzrə maraqlı dövlətlərin daxil olduğu “C” kateqoriyası üzrə Meksikanın namizədliyi 2017 – ci ildə Azərbaycan tərəfindən tərəfindən dəstəklənib.
Görüşə görə xüsusi minnətdarlığını ifadə edən Meksika Birləşmiş Ştatlarının fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Flores Azərbaycanla Meksika arasından möhkəm dostluq əlaqələrinin mövcud olmasından söz açdı.
Meksikanın Beynəlxalq Dəniz Təşkilatındakı fəaliyyətinə toxunan səfirin sözlərinə görə, ölkəsinin bu mötəbər təşkilatda iştirakı Beynəlxalq Dəniz Təşkilatına öz müsbət töhvələrini verib. Meksikanın liman şəbəkəsinin 117 limandan ibarət olduğunu diqqətə çatdıran qonaq bu limanlarda yeniliklərin həyata keçirildiyini dedi.
Beynəlxalq Dəniz Təşkilatının Şurasında dəniz nəqliyyatı və naviqasiyası üzrə maraqlı dövlətlərin daxil olduğu “C” kateqoriyası üzrə Meksikanın 2017 – ci ildə olduğu kimi yenidən namizədliyini irəli sürdüyünü söyləyən səfir bu dəfə də Azərbaycandan dəstək gözləyirik dedi.
Dövlət Dəniz Agentliyinn direktoru Qüdrət Qurbanov noyabr ayının sonunda Baş qərargahı London şəhərində yerləşən Beynəlxalq Dəniz Təşkilatının baş tutacaq növbəti Assambleyasında Azərbaycanın Meksikaya dəstək verəcəyini vurğuladı.
Meksika Birləşmiş Ştatlarının fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Flores Meksika dövlətinin Azərbaycanın dəstəyini yüksək qiymətləndirdiyini bildirərək, onlara göstərilən diqqətə görə, xüsusi minnətdarlığını ifadə etdi.
Tərəflər Beynəlxalq Dəniz Təşkilatı çərçivəsində ikitərəfli əməkdaşlığı müzakirə edərək, məsələ ilə bağlı fikir mübadiləsi apardılar.
Xəbər lenti
Ukrayna üçün uzun mənzilli ATACMS raketləri...
Dünya 18:35Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək
Dünya 18:13Soyqırımı qurbanları anıldı
Sosial 18:06Məşhur fenomen həbs iddialarına aydınlıq gətirdi
Şou-Biznes 17:24“IT HUB Azerbaijan” əmək və karyera sərgisi keçiriləcək
İqtisadiyyat 17:24Möhkəm təməl üzərində qurulan əməkdaşlıq: ÇİN-AZƏRBAYCAN
Siyasət 17:00Sabah hava onlar üçün əlverişsiz olacaq
Sosial 16:55Cəlillabadda məktəb direktoruna cinayət işi açıldı
Hadisə 16:53Energetika nazirindən Qazaxda vətəndaş QƏBULU - FOTO
İqtisadiyyat 16:51MGH-də Soyqırımı qurbanları anılıb - FOTO
Səhiyyə 16:42Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb
Hadisə 16:42MGH-nin həkimi konfransda məruzə ilə çıxış edib - FOTO
Səhiyyə 16:30Azərbaycan və Ermənistan sülhə yaxındır - HİKMƏT HACIYEV
Siyasət 16:20Güclü külək əsəcək, çaylardan sel keçəcək
Hadisə 16:17Tovuzda 40 yaşlı kişini cərəyan vuraraq öldürüb
Hadisə 16:07Ələsgər Məmmədli ev dustaqlığına buraxılmayıb
Hadisə 16:0612 marşrut xətti üzrə 181 avtobus
Sosial 16:04Paytaxtın mərkəzində qəza olub, sıxlıq yaranıb
Hadisə 16:02Hərbi qulluqçuların vəzifələri artırılır
Siyasət 16:02Bakıda və Abşeronda havada toz müşahidə olunur
Hadisə 15:53”Tale yazısı, dost dünyası”
Ədəbiyyat 15:52Qüsurlu reytinq, yoxsa ictimai maraq? - ARAŞDIRMA
Sosial 15:33Naxçıvan Ali Məclisinə yeni hüquq verilir
Siyasət 15:01Salyan sakinindən 2,5 kq heroin götürüldü
Hadisə 14:59Tarixi yaddaşımızdan silinməyən soyqırım
Siyasət 14:45İnsanlığın faciəsi - ŞƏRH
Siyasət 14:43Cəmi 3 jurnalist ipoteka krediti alıb - DEPUTAT
Sosial 14:32Problemli kreditlərin məbləği 23 % azalıb
İqtisadiyyat 14:25Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
Hadisə 14:04Milli Məclisin növbəti iclası aprelin 5-də keçiriləcək
Siyasət 14:00Azərbaycanda ipotekaya xitam verilən hallar genişlənir
İqtisadiyyat 13:59Şəhid ailələri ilə bağlı bu məhdudiyyət ləğv edilməlidir
Siyasət 13:38Fransa, Sevinc və Qənimət sövdələşməsi - KÜNCDƏN BAXIŞ
Siyasət 13:38Şəhid övladları üçün özəl məktəblərdə pulsuz təhsil
Təhsil 13:36Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Siyasət 13:34Onların maaşları artırılır
Siyasət 13:33Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
Hadisə 13:33Onlar 5 il daha tez pensiyaya çıxa biləcəklər
Sosial 13:31Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək - SİYAHI
Siyasət 13:31Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Siyasət 13:29Xatirə Fərəcliyə AYB-də rəhbər vəzifə verildi
Mədəniyyət 13:28Bu qadınlar pensiyaya tez çıxa biləcək
Sosial 13:27AKF-nin İdarə Heyətinin iclası keçirilib
İdman 13:13Tovuzda qanunsuz tikili sökülüb - VİDEO
Hadisə 12:42Sabah Bakıda 18, rayonlarda 25 dərəcə isti olacaq
Hadisə 12:41Qızıl və gümüşün bahalaşması davam edir
İqtisadiyyat 12:39Təkrar emal bizə nə qazandıra bilər?
İqtisadiyyat 12:37Hərbi hissədə komanda-qərargah təlimi - FOTO
Siyasət 12:33Özəl xəbərlər
Digər xəbərlərRedaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8320 -0,43%
- GBP 2,1459 -0,06%
- RUB 0,0184 -0,54%
2008-2024. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Ü. Hacıbəyov küçəsi, 66; Bakı, Azərbaycan.
Email: info@sia.az Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;