"Bu gün Azərbaycanda 600 min uşağa müxtəlif növ müavinətlər ödənilir"

"Uşaqpulu" adlanan indiki anlayışdakı ödəniş 2006-cı ilədək tətbiq edilib. Bu ödəniş də bugünkü pulla 2 manat məbləğində olub. Orta hesabla 500-550 min uşağa ödəniş edilib. Bu gün Azərbaycanda 600 min uşağa müxtəlif növ müavinətlər ödənilir". SİA-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, təkcə sağlamlıq imkanı məhdud olan uşaqlara ödənilən vəsaitlərin aylıq məbləği özlərinə 150 manat, onların valideynlərinə, qəyyumlarına isə 200 manatdır.

Onun sözlərinə görə, yəni, o dövrdə ödənilən 2 manat hara, bu gün ödənilən 200 manat hara: "Bu gün ünvanlı sosial yardım alan 280 min insanın 160 mini uşaqdır. Bu gün ən həssas kateqoriyadan olan 600 minədək uşağa bu vəsait ödənilir və ödənilən orta məbləğin rəqəmi 100 manatın üzərindədir. Bu, kifayət qədər ciddi rəqəmdir. Bəzən bu addımların atılması səsləndirilir, bu gün Azərbaycanda 18 yaşınadək 2 milyon 700 min, 15 yaşınadək 2 milyon 200 min, 6 yaşınadək 1 milyon 200 min uşaq var. Söylənilən məbləğ də 100 manatdır və 18 yaşınadək hər kəsə şamil edilsə 3,3 milyard manat vəsait edir. "Uşaqpulu" kimi proqramlar isə 1,2 illik olmur. ən azı 5 illik olur. Bu o deməkdir ki, bu işə 18,35 milyard manat vəsait xərclənməldir".

xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...