Bu il 934 şəhid ailəsinə və əliliyi olan şəxslərə mənzillər təqdim ediləcək

“Azərbaycanda bütün imtiyazlı şəxslərə mənzil təminatı həm səlahiyyət həm də məsuliyyət olaraq yerli icra hakimiyyətlərindədir. Yalnız 2014-cü ilə qədər mənzil növbəsinə duran Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil təminatı cənab prezidentin müvafiq sərəncamı ilə ƏƏSMN-a tapşırılıb”. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev parlamentdə çıxış edərkən deyib.

O bildirib ki, 2014-cü ilin yanvarın 1-dək növbəyə duran insanların adlı siyahısı yerli icra hakimiyyətləri tərəfindən tutularaq, nazirliyə təqdim edilib.

S. Babayev söyləyib ki, təkcə bu il 934 şəhid ailəsinə və əliliyi olan şəxslərə mənzillər təqdim ediləcək: “Cari ilin sonuna gözləntimiz təxminən növbədə qalan 3 min insanın mənzil təminatı ehtiyacının olmasına dairdir. Növbəti il bu proqram daha genişləndirilərək həyata keçiriləcək. Cənab Prezidentin niyyəti 2-3 il ərzində növbədə duran insanların mənzillə təminatını tam şəkildə həll edilməsindən ibarətdir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...