"Tovuzda şəhid ailələri və əlillər hələ də mənzil növbələrini gözləyirlər"

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən islahatları dəstəkləyirik. Bu qurumdan gələn şiçkayət məktubların sayı xeyli azalıb”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Qənirə Paşazadə parlamentin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı çıxış edərkən deyib.

Tovuz rayonu ilə bağlı bir sıra məsələləri vurğulayan deputat söyləyib ki, ölkə başçısı tərəfindən şəhid ailələrinə, müharibə əlillərinə göstərilən diqqət bizi məmnun edir: “Lakin Sahil Babayevə üz tutaraq söyləmək istəyirəm ki, ölkəmizin ən çox şəhid ailəsi və müharibə əlili olan rayonlardan biri Tovuz olsa da, rayonda şəhid ailələri və müharibə əlilləri üçün mənzil tikilməyib. Olar hələ də mənzil növbələrində gözləyirlər. Hazırda yüzlərlə əlil və şəhid ailəsi növbədə gözləyir. Onların arasında mənzil şəraiti ağır olan ailələr var. 2020-ci ildə bunun nəzərə alınmasını xahiş edirəm”.

Q. Paşayeva söyləyib ki, DOST mərkəzinin yaradılması islahatlarda mühüm yer tutur: “Bu mərkəzlərin 2020-ci ildə zonalarda da yaradılması, insanlara xidmət baxımıdan yüksək keyfiyyəti təmin etmiş olar.

Deputat autizm və daun sindromlu uşaqlara dəstək mərzkələrinin bölgələrdə və zonlarda artmasına ehtiyac olduğunu dilə gətirib: “Bəzən bölgələrdə bu xəstəlikdən əziyyət çəkən uşaqların mərkəzlərə gətirilməsi. Orada xidmətlərdən istifadə etmək üçün bir neçə gün qalması problemler yaradır. Xidmətlər pulsuz olsa da. Onların mərkəzlərə gətirilməsi maliyyə tələb edir. Bu baxımdan bölgələrdə də belə mərkəzələrin açılmasına ehtiyac var. Autizm sindromlu uşaqların sayının artması ilə əlaqədar onların təhsili, müalicəsi ilə bağlı məsələnin nəzarətdə saxlanması vacibdir”.

Q. Paşayeva vurğulayıb ki, bir qrup 18 yaşına çatmayan fiziki məhdudiyyətli uşaqlar var ki, onların müalicəsi, təlimlər və treninqlərdə iştirakı, dəstək proqramlardan yararlanması istiqamətində məsələyə büdcədə yer ayrılmasına ehtiyac var”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...