Şabranda Bayraq günü münasibətilə görüş keçirilib

Bu gün 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə Şabran rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Mərkəzi Xəstəxananın doğum şöbəsində bu gün anadan olmuş körpənin valideyni və həkimlərlə görüş keçirilib. Belə ki, bu əlamətdar bayram günündə yeni doğulan körpənin valideyninə Azərbaycan Respublikasının Dövlət Bayrağı və gül çələngi hədiyyə olunub. Bu günkü əlamətdar bayram günündə həyata keçirilən bu tədbir, ilk növbədə uşaqlara dövlət qayğısının bariz nümunəsidir. Bu cür tədbirlər heç şübhəsiz ki, həm dövlətin gələcək nəsilə olan qayğısını büruzə verir, həm də yeni doğulan körpələrdə və gənc valideynlərdə vətənpərvərlik hisslərinin aşılanmasına kömək edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...