Masallıda “Hərəyə bir bayraq” aksiyası keçirilib

8 noyabr 2019-cu il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 9 noyabr " Dövlət Bayrağı Günü” münasibəti ilə "Hərəyə bir bayraq” aksiyası keçirilib. Dövlət bayrağı günü ilə bağlı həyata keçirilən aksiyada gənclər bir neçə qrupa bölünərək əllərindəki üçrəngli bayraqları yaşlılara, təqaüddə olan ağsaqqallara, məktəblilərə, sürücülərə, müəllimlərə və gənclərə hədiyyə ediblər. Bundan başqa gənclərimiz birinci Qarabağ döyüşündə iştrak etmiş Qarabağ Qazilərimizin evlərinə baş çəkmiş və üçrəgli bayrağımızı onlara hədiyyə ediblər.

Hər kəs tərəfindən maraqla qarşılanan "Hərəyə bir bayraq” aksiyası hamıda gözəl əhval ruhiyyə yaradıb.
Aksiyadan sonra Rayon ərazisində yerləşən Bayraq meydanında möhtəşəm tədbir keçirilib.

Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək Bayraq günü münasibəti ilə bütün gəncləri təbrik edərək bildirib ki, Bu gün Azərbaycan xalqı öz Prezidentinə bütün varlığı ilə inanır və biz əminik ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında Qarabağımız tezliklə işğaldan azad olunacaq, şanlı bayrağımız o müqəddəs torpaqlarımızda əbədi dalğalanacaqdır.

Sonda N.Gəcəvi adına parkdan başlanan aksiya Bayraq meydanında konsert proqramı ilə yekunlaşmışdı.

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...