"Səs" qəzetindən "Yeni Müsavat"çılara həmkar təbriki

"Yeni Müsavat" Ötən 30 ildə ölkədə baş verən mühüm hadisələri öz səhifələrində əks etdirmək, öz oxucularını məlumatlandırmaq kimi missiyanı uğurla yerinə yetirib. Qəzet bu gün də milli jurnalistikamızın təməl prinsiplərini rəhbər tutaraq cəmiyyəti obyektiv şəkildə məlumatlandırmaq, dövlətin və xalqın maraqlarını müdafiə etmək, cəmiyyətdə gedən inkişaf proseslərini olduğu kimi təqdim etmək, eyni zamanda xalqın adət-ənənələrini və mədəni irsin qorunmasına töhfə verən mətbuat orqanı kimi uğurla fəaliyyət göstərir. Təbii ki, bu uğurların təməlində duran əsas amillərdən biri jurnalist peşəkarlığıdır. Bu nailiyyətlərin əldə olunmasının əsas səbəblərindən biri də ölkədə mövcud olan mühit, söz və mətbuat azadlığının təmin olunması, dövlətin mediaya göstərdiyi dəstəyidir. Bu gün "Yeni Müsavat"çılar dövlətin yaratdığı şəraitdən bəhrələnirsə, jurnalistikanın inkişafında xidmətləri olan qələm əhli dövlət mükafatlarına layiq görülürsə, bu qəzetin inkişafında və gələcək uğurlarının bazasının formalaşmasında dövlətin də öz rolu var. Əgər bir qəzet 30 il müddətində yaşayıb-yaradırsa, çətin və asan dövrdə özünü təsdiq edirsə, bundan sonra da yaşamağa və cəmiyyətə xidmət etməyə haqqı çatır.

"Yeni Müsavat" qəzetinin 30 yaşı münasibəti ilə onun zəhmətsevər kollektivini "Səs" qəzeti adından səmimi qəlbdən təbrik edirik. Əminik ki, yenimüsavatçılar jurnalistika prinsiplərini həmişə uca tutacaq və ölkəmizin ən oxunaqlı qəzetləri sırasında öncül yerini hər zaman saxlaya biləcəkdir. Bir daha həmkarlarımızı təbrik edir, onlara möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...