"Bakı gözəl şəhər" adlı ekoloji təmizlik aksiyası keçiriləcək

9 noyabr – "Dövlət Bayrağı günü" münasibətilə Gənclər və idman nazirliyi tərəfindən 1-9 noyabr tarixlərində "İradənlə qalib gəl!" şüarı altında müxtəlif səpgili çoxsaylı aksiyalar keçirilir. SİA-nın məlumatına görə, növbəti, "Bakı gözəl şəhər" adlı ekoloji təmizlik aksiyası 8 noyabr tarixdə Bakı şəhərinin Binəqədi, Qaradağ, Nizami, Suraxanı, Sabunçu, Xəzər rayonlarının gənclərinin iştirakı ilə keçiriləcək. Aksiyada hər rayondan ümumilikdə 200-300 gəncin iştirakı gözlənilir.
Rayon Keçirilmə vaxtı Ünvan
Binəqədi rayonu 11.00- Süleyman Sani Axundov küçəsi 112
Qaradag rayonu 10.00- Lökbatan qəsəbəsi
Nizami rayonu- 11.00- Pəhlivan Fərzəliyev küçəsi
Suraxanı rayonu 11.00 Qaraçuxur qəsəbəsi, "Şərq" yaşayış sahəsi
Sabuncu rayonu 16.00 Nardaran qəsəbəsi
Xəzər rayonu 11.00 Şüvəlan çimərliyi

Bütün xəbərlər Facebook səhifəmizdə