Vergilər Nazirliyinin əlavə 350 milyon manatdan çox vəsait toplaması şəffaflığın təzahürüdür

"Bu il Vergilər Nazirliyi plandan əlavə 350 milyon manatdan çox vəsait toplayıb. Bu, şəffaflığın təzahürüdür. Təbii ki, bu vəsait bizə bu il çox geniş və ciddi sosial paket icra etmək imkanı verdi". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mikayıl Cabbarovu qəbul edərkən deyib.

Prezident qeyd edib ki, bu sosial təşəbbüsün analoqu bu günə qədər olmamışdır: "Dörd milyon iki yüz min insan bu sosial təşəbbüsdən faydalanıb, minimum əməkhaqqı təxminən iki dəfə, minimum pensiya 70 faizdən çox artırılıb. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə biz MDB məkanında birinci yerdəyik, amma orta pensiyanın səviyyəsinə görə üçüncü yerdəyik. Yəni, bu, doğrudan da çox böyük sosial təşəbbüsdür. Əlbəttə, əgər bizim maliyyə imkanlarımız olmasaydı, biz bunu edə bilməzdik".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...