Firdovsi Umudov: "İcazəsiz mitinqi idman camiəsi də pisləyir"

“Özünü radikal müxalifət adlandıranlar keçirdikləri icazəsiz mitinqlə Azərbaycanın beynəlxalq aləmdə olan nüfuzuna kölgə salmaq məqsədi güdür”. Bu sözləri Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Firdovsi Umudov deyib.

AGF rəsmisi hesab edib ki, “Milli Şura”nın Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə birgə oktyabrın 19-da Bakının mərkəzində keçirdiyi icazəsiz aksiya Azərbaycan cəmiyyətində və eləcə də idman camiəsində birmənalı qarşılanmayıb və pislənib: “Müasir Azərbaycan gəncliyi öz gələcəyini Azərbaycanın lideri cənab Prezident İlham Əliyevin rəhbərliyi altında görür. Azərbaycanda bütün sahələrdə inkişaf, islahatlar göz önündədir. Məhz bu islahatların nəticəsidir ki, Azərbaycan gəncliyinin səsi dünyanın hər ölkəsindən gəlir. Bu gün ölkə başçısı İlham Əliyevin dəstəyi nəticəsində yüzlərlə idmançımız dünyanın hər bir yerində qazandıqları möhtəşəm uğurlarla üçrəngli Azərbaycan bayrağını layiqincə göylərə qaldırıblar və bu müsbət göstəricilər bu gün də davam edir. Hesab edirəm ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gələcəkdə də bu uğurlara imza atılacaq”.

F.Umudov bildirib ki, bu gün Azərbaycanın 20 faiz torpağı mənfur düşmənin tapdağı altındadır. Özünü bu Vətənin övladı sayan hər bir Azərbaycanlı torpaqlarımızın işğaldan azad olunmasını istəyir. Bunun ən çox arzusunda İlham Əliyevdir. Ölkə başçısı ermənilərin qardaş saydığı Rusiyada etdiyi tarixi çıxışla bunu bir daha təsdiqlədi.

“Valday” Beynəlxalq Diskussiya Klubunun oktyabrın 3-də Rusiyanın Soçi şəhərində keçirilmiş XVI illik iclasının plenar sessiyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək Ermənistan baş nazirinin “Qarabağ Ermənistanındır və nöqtə” bəyanatının yalan olduğunu vurğulayıb, “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” demişdir. Eləcə də Prezident İlham Əliyevin oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında dedikləri Ermənistanı və baş naziri Nikol Paşinyanı növbəti dəfə məğlub vəziyyətə saldı. Bəli, hər bir Azərbaycan vətəndaşı o tarixi günü Ali Baş Komandanın bir əmri ilə gözləməli və səbr etməlidir".

Xarici qonararlar hesabına özlərinə “Milli Şura” yaradan radikal müxalifətçilər keçirdikləri icazəsiz aksiyaya müəyyən sosial problemləri olan insanları da qatmaq istədilər: "Müəyyən sosial narazılıqları olan təbəqələri də bura cəlb etməyə calışaraq xalqla hökumət arasındakı birliyi pozmağa cəhd etdilər.

Bəli, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da sosial durumu zəif olan ailələr var. Bu ailələrin maddi durumunun yüksəldilməsi üçün dövlət tərəfindən lazımi addımlar atılır. Bunun üçün ölkə başçısı müvafiq islahatlar həyata keçirir. Ölkəmiz haqqında beynəlxalq aləmdə mənfi rəy yaratmağa, cənab Prezidentin həyata keçirdiyi islahatlara kölgə salmağa və ölkəmizin dincliyini pozmağa çalışanlar həmişə olduğu kimi, yenə də məğlub olacaqlar. Sonda onu da bildirmək istəyirəm ki, xalq öz Prezidentinin ətrafında sıx birləşib və eləcə də biz idmançılar...".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...