Qoşulmama Hərəkatı ölkələrinin gənc liderlərinin Bakı Forumu öz işinə başlayıb

Oktyabrın 22-də Demokratik İslahatçı Gənclər İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün 2019-cu ildə Bakı şəhərində keçirilməsi ərəfəsində “Gənclər təşkilatlarının beynəlxalq Forumu” adlı layihə çərçivəsində Qoşulmama Hərəkatı (QH) ölkələrinin gənc liderlərinin Bakı Forumunu öz işinə başlayıb.

SİA Demokratik İslahatçı Gənclər İctimai Birliyinə istinadən xəbər verir ki, forumu giriş sözü ilə açan beynəlxalq əlaqələr üzrə ekspert Əhməd Əlili Azərbaycanın bu qurumda təmsilçiliyindən və fəaliyyəti barədə söz açıb. Ə. Əliyev bildirib ki, Azərbaycanın bu gün BMT-dən sonra ikinci böyük qurumda təmsilçiliyi ölkəmizin siyasi nüfuzunun təbliğində daha bir vasitə kimi dəyərləndirilə bilər: “Azərbaycan həssas regionda yerləşməsinə rəğmən bölgədə və dünyada çevik siyasət yürütməkdədir. Bunun nəticəsi kimi bölgədə keçirilən bütün böyük tədbirlərdə rəsmi Bakı ev sahibi və ya əsas iştirakçı kimi iştirak edir. Bu isə ölkəmizin siyasi proseslərdəki yerini çəkisini sərgiləmiş olur”.

Tədbirdə çıxış edən Demokratik İslahatçı Gənclər İB-nin sədri Vüsalə Hüseynli layihənin əsas məqsədinin QH ölkələrinin gəncləri arasında Azərbaycanın gənclər siyasətinin, ASAN xidmət brendinin, BMT-dən sonra ən böyük beynəlxalq təşkilat sayılan bu qurumun gəncləri arasında təbliğ etməkdir: “ Biz buraya həmin ölkələrin bir hissəsinin gənclər təşkilatlarnı, gənc liderlərini dəvət etməklə, bu günün fəal gənci, gələcəyin məmuru, siyasətçisi olan bu fəallar vasitəsilə ölkəmizin uğurlu təbliğatını aparmağı hədəfləyirik”.

Parlamentin Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini , millət vəkili Sevinc Fətəliyeva isə bildirib ki, Azərbaycanın beynəlxalq təşkilatlarda təmsilçiliyi bir daha ölkəmizin bütün dövlətlərə hörmətlə yanaşmasının, sülhməramlı olmasının göstəricisidir.

Biz hamı ilə qarşılıqlı münasibətlərimizi dostluq formatında davam etdiririik. Təbii ki qarşılıqlı əməkdaşlıqda məhz bu istiqamətdə formalaşaraq inkişaf edir. Bu gün gənclərimziin də bu mövzuda yeni bir platformada birləşmək istəməsi təbii ki tədiredici haldır. Millət vəkili Azərbaycan gənclər siyasəti ilə bağlı ölkəmizin mükəmməl qanunvericilik bazasına malik olduğunu bildiirib: “Azərbaycanda gənclərə imkan yaratmaq, onların inkişafına, iştirakına daha geniş imkanlar açmaq üçün seçkilərdə iştirak yaşının 18 yaşa çatdırılmışdır”.

Parlamentin Elm, Təhsil Komitəsinin üzvü, millət vəkili Pərvin Kərimzadə bildirib ki, bir neçə gündən sonra Azərbaycan çox böyük bir tədbirə ev sahibliyi edəcək və üç il bu təşkilata sədrlik edəcək. Bu, bizim üçün məsuliyyət və nüfuz məsələsidir: “Bu ona işarə edir ki, bu gün Azərbaycanın sözü eşidilir və bizimlə hesablaşırlar. İkinci amil isə odur ki, müharibə vəziyyətində olmasına rəğmən Azərbaycan dövləti bu gün bu tədbirlərə ev sahibliyi etməklə tədbirin təhlükəsizliyinə təminat verir, milli maraqlarımıza söykənən xarici siyasət yürüdür”.

Azərbaycan Respublikası Gənclər Fondunun şöbə müdiri Seymur Hüseynov bildirib ki, Azırbaycan Gənclər Fondu ölkənin gənclər siyasətində aparıcı rqüvvələrdən biridir. Fond gənclərə və gənclər təşkilatlarına müxtəlif növ dəstək verməkdədir.: “ Gənclər Fondu yalnız layihələrə deyil, eyni zamanda gənclərin star up layihələrinə , təhsil xərclərinə də dəstək verir”.

Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, millət vəkili Rufiz Qonaqov isə bildirib ki, Azərbaycan dünyanın enerji dəhlizini dəyişən ölkədir: “Bu gün dünyanın aparıcı qurumları Azərbaycanın mövqeyi ilə hesablaşırlar. Çünki Azərbaycan hər zaman sülhün tərfində olub və hər bir ölkə ilə dostluq mövqeyini qoruyub. Qoşulmama hərəkatının əsas məqsədi də məhz sülh, barış deməkdir. İnanırıq ki, bu qurum mənasına uyğun olaraq orda təmsil olunan dövlətlər də hər zaman

Azərbaycanın haqlı mövqeyini digər qurumlarda da dəstəkləyəcəklər.
Forumda Azərbaycan gənclər təşkilatının sədri Asif Əsgərli, Ukrayna, İordaniya, İrak, Kazaxıstannın gənclər siyasəti ilə bağlı təqdimatları dinlənilib.

İki gün davam edəcək Forumda könüllük fəaliyyəti, gənclər siyasəti çərçivəsində əməkdaşlıq məsələləri müzakirə ediləcəkdir. Forumun üçüncü günü qonaqların bir sıra dövlət qurumlarında görüşlərinın keçirilməsi nəzərdə tutulur”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...