"Rəvan" Sığorta Şirkəti ictimai narazılıq yaradıb - ARAŞDIRMA

Bugünkü mövcud reallıqlar fonunda, diqqətçəkən başlıca məqam ondan ibarətdir ki, ölkə iqtisadiyyatında həyata keçirilən islahatlar sahibkarlıq fəaliyyətinin inkişafına geniş imkanlar yaradır. Azərbaycan Prezidenti İlham Əliyev tarixi çıxışlarının birində bildirib ki, sahibkarların fəaliyyətinə dövlət tərəfindən çox böyük dəstək, həmçinin, siyasi dəstək verilir: "Sahibkarlarla mənim, müntəzəm olaraq, ildə bir neçə dəfə görüşlərim keçirilir. Son 13-14 il ərzində, yüzlərlə sahibkarla görüş keçirilmişdir. Mən sahibkarlıq fəaliyyəti sahəsində bir çox müəssisələrin açılışında şəxsən iştirak etmişəm. Sahibkarlar yaxşı bilirlər ki, onların fəaliyyətinə dövlət tərəfindən çox böyük dəstək, həmçinin, siyasi dəstək verilir. Bu gün cəmiyyətdə sahibkarlara münasibət müsbətə doğru dəyişir və əlbəttə ki, sahibkarların sosial məsuliyyəti gündəlikdə duran məsələlərdən biridir".

Bir sözlə, qısaca onu demək olar ki, Azərbaycan iqtisadiyyatı özünün inkişaf dinamikasına görə, dünya ölkələri arasında lider dövlərlərdəndir. Bu baxımdan, Azərbaycanın dünya ölkələri sırasında ən islahatçı ölkə kimi tanınır. Bunu bu günlər Dünya Bankının "Doing Business" proqramı çərçivəsində yadığı hesabatda da öz təsdiqini tapıb. Hesabatda Azərbaycanın 10 ən islahatçı ölkə kimi tanındığını və ölkəmizin 32 pillə irəliləyərək, hazırda 25-ci yerdə sahib olduğu qeyd edilir. Təbii ki, sahibkarlığa göstərilən dövlət dəstəyi məhsul istehsal edən müəssisələrin və yeni iş yerlərinin yaradılmasına gətirib çıxarır ki, bundan da bəhrələnən ölkə vətəndaşları olur.

"Rəvan" birəvanlıq edir

Söz yox ki, iqtisadi inkişaf bir çox sahələrin sığorta sektorunun da inkişafına təkan verir. "Sığorta haqqında" qanunun qəbulu, bu istiqamətdə dövlət tərəfindən müvafiq qərarların verilməsi sığorta bazarında şəffaflığın artırılması ilə yanaşı, insanların bu sahəyə inam və etibarının artmasına səbəb olur. Çünki hər bir ölkə vətəndaşı ona vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı sığorta mexanizmindən yararlanmaq istəyir və buna da nail olur. Düzdür, elə sığorta şirkətləri var ki, müxtəlif qaranlıq vasitələrlə özlərini təbliğ etsələr də, araşdıranda və ya faktlara istinad edəndə, aydın olur ki, həmin şirkətlər sığorta sahəsində dələduzluq hallarına yol verirlər. Məhz bu kimi faktlar səbəbindən, son vaxtlar sığorta cinayətlərinin sayı artıb. Bu da, sığorta sektoruna inamı azaltmaqla yanaşı, beynəlxalq arenada ölkəmizin sığorta sahəsinə münasibətdə ziddiyətli fikirlər formalaşdırır. Sabirabad rayonu Pambıq zavodu qəsəbəsi, ev 4, mənzil 4-də yaşayan Əbülfəz Nəbiyev redaksiyamıza ünvanladığı şikayət məktubunda qeyd edir ki, "Rəvan Sığorta" ASC ilə 90 PU 935 dövlət qeydiyyat nişanlı "Nissan Sunny" minik avtomabilini "Kasko" sığorta etdirsə də, dələduzluğun qurbanına çevrilib: "Avtomobilimi "Paşa" Sığortada sığortalatdırmağı planlaşdırmışdım. Çünki "Paşa" sığorta cəmiyyətdə ədalətli mövqeyi və fəaliyyətilə tanınır. Ancaq "Nissan Sunny" avtomabilini aldığım "Çinar Lizinq" MMC buna imkan vermədi və "Rəvan Sığorta" ASC ilə sığorta müqaviləsinin imzalanmasını tələb etdi. Beləliklə, 20.11.2018- ci il də, aldığım "Nisan-Sunny" avromabilini NBS Banka 1159 manat ödəməklə, 3 il müddətinə "Kasko"da sığorta etdirdidim. Amma təəssüf...".

Şikayətçi təəssüfünü onunla əlaqələndirdi ki, 6 iyul 2019-cu ildə, məndən asılı olmayan səbəblərdən, Sabirabad rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verdi: " "Rəvan Sığorta" ASC-nin qaranalıq işlərinin icraçılarından olduğu bundan sonra üzə çıxdı. "Kasko", sığortam olmasına baxmayaraq, şirkət üzərinə götürdüyü öhdəlikləri və müqavilənin şərtlərini yerinə yetirməkdən imtina etdi. Dəfələrlə şirkətin rəhbərliyinə şikayət etsəm də, nəticəsi olmayıb. Hətta Maliyyə Bazarlarına Nəzarət Palatasına da "Rəvan Sığorta"nın hüquqa zidd əməllərindən şikayət etsəm də, qanuni haqqımın tanınmasına nail ola bilməmişəm".

Ə.Nəbiyev şikayət məktubunda, o fikri də vurğulayır ki, "Rəvan Sığorta" ASC-nin hesabına ödədiyi 1159 manat, sonradan vergidən yayınmaq üçün hesabatdan silinib: "Bu azmış kimi, "Rəvan Sığorta" ASC arasında bağlanan müqavilə 18 maddədən ibarət olsa da, mənə yalnız 12 maddəni əks etdirən, müqavilə sənədləri verilib. Bütün bunlar, dələduzluqdur və cinayət məsuliyyəti yaradır. Necə ola bilər ki, "Kasko" sığorta ola, amma yol-nəqliyyat hadisəsi baş verərkən, kompensasiya ödənilməyə?"

Terror və zəlzələdən zərər görən avtomabil sahibinə konpensasiya verilməsi nəzərdə tutulur, amma...

Doğrudan da, şikayətçinin sual etdiyi kimi, bu, necə ola bilər? Suala cavab tapmaq çətin olsa da, bu gün sığorta bazarında hökm sürən hərc-mərcilik, dələduzluq, maliyyə maxinasiyaları Ə.Nəbiyevin sualına cavab verməyə imkan yaradır. Deməli, "Rəvan Sığorta" ASC saytında (http://revansigorta.az/default/kasko-sigortasi) qeyd etdiyi kimi, heç də, şəffaf və ədalətli, peşəkar və inamlı sığorta şirkəti deyil. Necə ola bilər ki, oğurluq və oğurluğa cəhd, yanğın, ildırım vurması və partlayış, vurma, vurulma, aşma və düşmə (YNH və hər hansı bir predmetlə toqquşma), tətil, iğtişaş, xalq hərəkatları, terror və üçüncü şəxslərin qəsd hərəkətləri, zəlzələ və vulkan püskürməsi, sel, daşqın və su basması, səs, telefon, görüntü cihazları və digər aksessuarlara dəyən zərərlər, Azərbaycan Respublikası sərhədlərindən kənarda meydana gələn zərərlər zamanı avtomabil sahiblərinə kompensasiya ödənilməsi nəzrdə tutulur, ancaq Ə.Nəbiyevin "Nissan Sunny" avtomabilinə dəyən zərərə görə, konpensasiya ödənilməsi mümükünsüz hesab olunur? Çox müəmmalı məsələdir. Bunun cavabını ancaq sığorta şirkətinin rəhbərliyinin bildiyi tapmaca da hesab etmək olar. Amma Azərbaycan Respublikasının qanunvericilik sistemində sığorta dələduzluğuna görə, birbaşa cəza nəzərdə tutulur. Cinayət Məcəlləsinin "İqtisadi sahədə cinayətlər" bölməsinin 178.1-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

AR CM-nin 178-ci maddəsinin tətbiqi üzrə "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 yanvar 2002-ci tarixli qərarında göstərilmişdir: məhkəmələr nəzərə almalıdırlar ki, şəxsin aldatma və ya etibardan sui-istifadə etməklə pensiya, müavinət və başqa ödənişlər şəklində dövlət vəsaitlərini alması dələduzluq yolu ilə əmlakın ələ keçirilməsi kimi qiymətləndirilməlidir.

Ə.Nəbiyevin şikayəti ilə bağlı "Rəvan Sığorta" ASC ilə əlaqə saxlayıb, münasibət öyrənməyə çalışdıq. Sığorta şirkətinin (012) 448-33-11 nömrəsinə etdiyimiz zənglərə Zahir adlı əməkdaş cavab verib, bizi dinləsə də, rəhbərliyin yerində olmadığını, suallarımızı onlara çatdıracağı ( 6 gün) vəddlərini versə də, şikayətçinin də, yazdığı kimi, təəssüflər...

İ.ƏLİYEV

P.S. Mövzu ilə bağlı araşdırmalarımız davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə