Azərbaycan XİN Ermənistanın Qoşulmama Hərəkatının sammitində iştirakı barədə

Hələlik Ermənistan tərəfindən Qoşulmama Hərəkatının Bakı sammitində iştirakla bağlı müraciət daxil olmayıb. SİA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov brifinq zamanı deyib.

O bildirib ki, iştirak onlayn şəkildə həyata keçirilir: “Sammitdə iştirak etmək istəyənlər ərizə verir. Hələlik Ermənistan tərəfindən müraciət daxil olmayıb”.

Qeyd edək ki, Bakıda 25-26 oktyabrda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü keçiriləcək. Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirakı edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə