Bakı metrosunda qatarda nasazlıq yaranıb

Bakı metrosunda qatarda problem yaranıb. SİA-nın məlumatına görə, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiar Məmmədov deyib.

Onun sözlərinə görə, hadisə səhər saatlarında “Sahil” stansiyasından “28 May” stansiyasına hərəkət edən qatarda baş verib: "İçərişəhər" - "Həzi Aslanov" xətti üzrə hərəkət edən qatarda qəfil texniki nasazlıq yaranıb. "Qatar “28 May” stansiyasında dayanıb. Sərnişinlərin təhlükəsizliyini nəzərə alaraq vaqonlar boşaldılıb və texniki baxış üçün depoya göndərilib. Həmin qatarın əvəzinə xəttə yeni qatar buraxılıb. Hazırda interval qrafikə uyğun şəkildə davam etdirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...