Zakir Qaralov Siyəzəndə sakinlərin qəbulunu keçirəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il oktyabrın 25-də saat 10:00-da Siyəzən rayon prokurorluğunun inzibati binasında Siyəzən və Xızı rayon sakinlərinin qəbulunu keçirəcəkdir. SİA-nın verdiyi məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Siyəzən rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...