Beynəlxalq tədbirin iştirakçıları ASAN Xidmətdə və “My Broker”də oldular

Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Bakı şəhərində təşkil etdiyi “Gənc sahibkarlar klubu” adlı beynəlxalq layihənin iştirakçıları ASAN Xidmətdə və “My Broker” gömrük təmsilçiliyində qonaq olublar.

GTM-dən SİA-ya verilən məlumata görə, qonarlara tur təşkil olunaraq Bakı şəhəri 5 saylı ASAN Xidmət Mərkəzindəki “My Broker” gömrük təmsilçiliyinin müştəri xidmətlərində, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində və daha sonra “My Broker” gömrük təmsilçiliyinin təlim mərkəzində səfərdə olublar. 6 ölkəni təmsil edən 30 gənc sahibkara “My Broker” gömrük təmsilçiliyinin fəaliyyəti haqqında geniş məlumat verilərək, gələcək layihələri barəsində təqdimat nümayiş etdirilib. Sonda görüş qeyri-rəsmi formatda davam edərək, gənc sahibkarlarla təmsilçiliyin əməkdaşları fikir və təcrübə mübadiləsi aparıb.

“My Broker” gömrük təmsilçiliyinin icraçı direktoru İlqar Vahabov və satış müdiri Cabir Kamranov qonaqları salamlayaraq şirkətin gənclər üçün yaratdığı imkanlar barədə danışıb, dövlətin gənclərə hərtərəfli dəstək verdiyini, hər zaman onların yanında olduğunu vurğulayıb.

Mərkəzin Baş katibi Gülnar Xəlilova səmimi qəbula görə “My Broker” gömrük təmsilçiliyinin rəhbərliyinə təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...