"Dağıdıcı müxalifətin məqsədi mitinq keçirmək yox, ictimai asayişi pozmaqdır" RƏY

"Radikal və dağıdıcı müxalifət bir ay ərzində artıq ikinci dəfədir ki, ciddi iflasa uğradı və uduzdu". SİA -ya bu fikirləri YAP Biləsuvar rayon təşkilatınnı sədri Kamil Mirzəyev icazəsiz aksiyanın keçirilməsi cəhdinə münasibətini açıqlayarkən deyib.

K.Mirzəyev hesab edir ki, özlərini "demokratik düşərgənin liderləri" adlandıran, bu vasitə ilə antidövlətçilik fəaliyyətlərini zorla ictimaiyyətə sırımağa çalışan küçə təfəkkürlü siyasətbazlar hələ də 90-cı illərin ab-havasında qalıblar: "Onlarda nəinki yenilənmə getməyib, əskinə belələri daha da azğınlaşaraq, dövlət quruluşuna qarşı çirkin metodlardan istifadə edirlər. Onlar yenidən təxribat, kütləvi iğtişaşlar yaratmağa cəhd etdilər, insanların rahatlığını pozdular. Həmçinin, 26 ildir səsləndirdikləri köhnəlmiş şüarlarını səsləndirdilər. Ancaq xalq onlara heç bir dəstək vermədi, əksinə rədd etdi. Fakt budur ki, istər Əli Kərimli olsun, istərsə də onun ətrafındakı beş-on nəfər digərləri - bu adamların maraqları hansısa xarici dairələrə işləmək, həmin dairələr qarşısında siyasi təlxəklik edib, pul qazanmaq üzərində dayanır. Belələri üçün nə xalq, nə millət, nə də Vətən amili yoxdur. Hətta demək olar ki, güclənən, qüdrətlənən Azərbaycanın uğurlarını kölgədə saxlamaq üçün, onlar ən rəzil addımlara belə getməyə hazır olduqlarını oktyabrın 19-da nümayiş etdirdilər. Lakin xalqın onlara dəstək vermədiyinin şahidlərinə çevrildilər. Belə ki, Azərbyacan xalqı heç vaxt siyasi ölümə məhkum olmuş belə ünsürləri qəbul etməyib, bundan sonra da etməyəcək. Xalqımız öz dövlətinin və Prezidentinin ətrafında sıx birləşib, ölkəmizin inkişaf və tərəqqisi yönündə inamla addımlayır, bundan sonra da addımlamağa davam edəcək!".

K.Mirzəyevin sözlərinə görə, radikal müxalifətin bu mitinqi təxribat xarakteri daşıyırdı: "Müxalifətin mitinq adı altında ictimai asayişi və qanunu pozmasının növbəti dəfə şahidi olduq. Onlara mitinq keçirmək üçün müvafiq yerin ayrılmasına baxmayaraq, kiçik bir qrupla şəhərin mərkəzində hay-küy qopardılar. Çünki müxalifətin radikal adlandırılan hissəsinin hər hansı mitinq və ya aksiya keçirməsi üçün ortada nə iqtisadi, nə sosial, nə də mənəvi amillər yoxdur. Ona görə də bütövlükdə ölkə ictimaiyyəti tərəfindən müxalifətin mitinq keçirmək istəyi normal qəbul edilmir. Bu cür yersiz mitinqlərin, ümumiyyətlə, mənası yoxdur. Bunlar yolverilməz haldır".

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...