"Azərbaycan xalqı qaragüruhçuların ayaq açmalarına heç vaxt imkan verməyəcək" MÖVQE

"Bakıda qeyri-qanuni küçə yürüşü keçirmək, bu vasitə ilə ictmai asayişi pozmaq, ümumiyyətlə, qarşıdurma yaradaraq ana yasamıza söykənən dövlət quruluşuna xələl vurmaq cəhdlərinə əl atmaq birbaşa düşmənçilik deməkdir". Bu fikirləri SİA-ya YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev oktyabırn 19-da Bakıda qeyri-qanuni küçə yürüşü və mitinq keçirmək cəhdlərinə münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, baş verənlər birbaşa ölkədə mövcud olan inkişaf və tərəqqiyə qarşı atılan təxribatçılıq addımlarıdır və bu addımların hər biri özlərini "demokrat" adlandıran küçə təfəkkürlü ünsürlərin xarici ağalarından aldıqları sifarişlərdir: "Söz yox ki, Azərbaycan xalqı belə ünsürlərin çağırış və hərəkətlərinə heç vaxt dəstək verməyib, bundan sonra da verməyəcək. Əli Kərimli, Gültəkin Hacıbəyli kimi adamların gecə-gündüz xarici diplomatik nümayəndəliklər qarşısında öhdəlik götürmələri də göründüyü kimi nəticəsiz qaldı. Çünki onlar sadəcə kütlədirlər və xalq həmin kütləni rədd edir. Ümumiyyətlə, belə satqınların xalqın adından danışmaları yolverilməzdir. Bu ölkənin qanunları var və hər bir insan söz və ifadə azadlığından maksimum şəkildə yararlanır. "Milli Şura"ya mitinq keçirmələri üçün rəsmi icazə verildiyi halda, onlar təklif olunan yerdən imtina edib, icazəsiz aksiya keçirməyə cəhd göstərirlərsə, demək haradansa sifariş alıblar və məqsədləri daha çox qrant qazanmağa söykənir".

N.Ağayev onu da bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin daxili və xarici siyasətdə əldə etdiyi uğurları, ölkəmizin nüfuzunu yüksəltməsi, xüsusilə Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunda və Aşqabadda MDB dövlət və hökumət başçılarının növbəti toplantısında Qarabağ münaqişəsilə bağlı bəyanatları da göstərir ki, o xalqı və dövləti üçün əzmlə, qətiyyətlə çalışır: "Həmçinin, möhtərəm İlham Əliyev cənablarının iqtisadi müşavirədə irəli sürdüyü tezisləri, tapşırıq və tövsiyələri də belə deməyə zəmin yaradır ki, Azərbaycanda güclü islahatlar aparılır və bu islahatlar çox qısa dövr ərzində xalqımızın daha firavan yaşamasına xidmət edəcək. Ümumiyyətlə, əgər kimlər ki, bu uğurlara kölgə salmağa cəhdlər göstərirlərsə, onlar bu vasitə ilə Azərbaycan dövlətinin və xalqının düşmənləri olduqlarını sərgiləyirlər. Ona görə də belələrinin cəhdləri süquta uğrayıb, bundan sonra da uğrayacaq. Azərbaycan xalqı daim öz dövlətinin və Prezidentinin ətrafında sıx birləşib, belə qaragüruhçu ünsürlərin ayaq açıb, yürümələrinə heç vaxt imkan verməyəcək"

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...