"Qaregin Njde - faşizminin və terrorizmin qəhrəmanlaşdırılması" adlı tədbir keçirilib

Bu gün Bakı Dövlət Universitetində “Qaregin Njde-faşizminin və terrorizmin qəhrəmanlaşdırılması” adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə tədbirin açılışını edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev öz nitqində ilk olaraq Prezidentdin fərmanı ilə 2019 cu ilin fevralında təşkilatın yaradılmasını və təkilatın avqust ayından özfəaliyyətinə başlamasından söz açdı.

Daha sonra Fərid Şəfiyev vurğulayıb ki, Prezidentin məlum çıxışından sonra Beynəlxalq Münasibətlər Təhlili Mərkəzi və Bakı Dövlət Universiteti bu problemə dair birgə tədbir keçirməyi qərara alıb. Hadisələr onu göstərir ki, Ermənistanda faşizmin, nasizmin, terrorizmin və ümumiyyətlə radikal hərəkətlərin qəhrəmanlaşdırılması siyasi mədəniyyətə çevrilib. Burada söhbət təkcə Qaregin Njdedən getmir, söhbət faşizimlə əməkdaşlıq edən məhşur terrorçu Monte Melkolyan və digərləri Ermənistanda qəhrəman kimi qələmə verilir. Biz təşkilat olaraq çalışacağıq ki, təhsil ocaqlarıyla yaxından əməkdaşlıq edək. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi açıq bir platformadır və biz istərdik ki, müxtəlif universitetlərlə bu cür tədbirlər keçirək. Bu işlərə tələbələri, gənc alimləri cəlb edək.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev öz növbəsində belə bir həssas vaxtda bu təşkilatın bu cür mövzuda tədbir keçirməsinin vacibliyini vurğulayıb. O, son günlərdə yaşanan hadisələr göstərir ki, Azərbaycan nə qədər uğur qazanıbsa bir o qədər də Azərbaycanı sevməyənlər, paxıllıq edənlər azğınlaşıb və bunu müxtəlif yollarla həyata keçirməyə çalışırlar ki, o əməllərdən biri də ölkə daxilindəki prosesləri gərginləşdirməyə cəhd göstərini deyib. Hesab edirik ki, bütün bunlara ən tutarlı cavablar ard-arda gəldi. Soçidə Valday tədbirində Ermənistan aldığı zərbələrdən özünə gəlməmiş MDB ölkə başçılarının Aşqabaddakı görüşündə yenidən daha bir zərbə alması, ümumilikdə siyasi təcrübəsi olmayan Ermənistan rəhbərliyini gülünc bir vəziyyətə saldı. Eləcə də faşist və terrorist Qaregin Njdeni aparılıb Ermənistanda basdırılması və onu qəhraman elan edilməsi də bu ölkənin xislətindən və zəifliyindən xəbər verir.

Tədbir Türkiyə Erciyes Univeristeti ermənişünaslıq bölümünun sədri Qafar Çaxmaqlı və Tarixçi, Qafqazşünas Oleq Kuznetsovun çıxışları ilə başa çatıb.

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...