5 min Şəmkir gənci bir arada - "MÜSTƏQİLLİYİMİZ ƏBƏDİDİR"

Bu gün Şəmkirdə 18 Oktyabr Müstəqillik Gününə həsr olunmuş tədbirlər planına əsasən, möhtəşəm bayram tədbiri keçirilib. Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirakı ilə şəhərin müxtəlif istiqamətlərindən gələn 5 minə yaxın gənc Ulu Öndər Heydər Əliyevin abidəsi önündə toplanaraq, Bayraq Meydanına yürüş edib.

Yürüş iştirakçıları "Müstəqilliyimiz əbədidir, dönməzdir", "Yaşasın müstəqil Azərbaycan" və "Qarabağ Azərbaycandır və nida işarəsi" şüarları ilə 3 km məsafəni qət edərək Dövlət Bayrağı Meydanına gələrək, "Müstəqilliyimiz əbədidir" flaşmobu göstəriblər.

Tədbir musiqili və əyləncəli proqramla davam etdirilib.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...