Astarada Nəsiminin 650 illik yubiley tədbiri keçirildi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq bütün respublikada olduğu kimi Astara rayonunda da il boyu silsilə tədbirlər keçirilib. Müxtəlif idman növləri üzrə yarışlar, ədəbi-bədii gecələr, Astara Pedaqoji Kolecində və ümumtəhsil məktəblərində inşa, bədii qiraət, rəsm müsabiqələri keçirilmiş, qaliblər mükafatlandırılıb. SİA-nın məlumatına görə,bu tədbirlərin davamı olaraq 18 oktyabr 2019-cu il tarixində rayonun dənizkənarı park-bulvar kompleksində Azərbycan poeziyası tarixində siyasi-fəlsəfi şeirin ilk böyük nümayəndəsi olan İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Məndə sığar iki cahan” adlı musiqili ədəbi-bədii kompozisiya keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, hüquq mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və kollektivi, ictimaiyyət nümayəndələri, tələbələr, ümumtəhsil məktəblərin müəllim və şagirdləri iştirak ediblər.

Astara Pedaqoji Kollecin tələbələri, rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin və Lənkəran Dövlət Dram teatrının aktyorlarının ifasında böyük şairin qəzəlləri dinlənilib, mədəniyyət mərkəzinin özfəaliyyət kollektivinin üzvləri şairin qəzəllərindən ibarət muğam parçaları səsləndiriblər.

İştirakçılar tədbiri böyük maraqla izləmiş, şairin yaradıcılığından bəhs edən sərgidən, şeir-sənət məclisindən zövq aldıqlarını bildirərək ifaçıları alqışlamış, təşkilatçılara minnətdarlıq ediblər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə