YAP Laçın rayon təşkilatında "Qarabağ Azərbaycandır və nida işarəsi" adlı tədbir keçirilib

YAP Laçın rayon təşkilatı, rayon gənclər və idman idarəsi və Laçın rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə "Qarabağ Azərbaycandır və nida işarəsi" adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, partiyanın fəal gənclərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə YAP Laçın rayon təşkilatının qərargahında keçirilən tədbiri Laçın rayon icra hakimiyyəti başçısının müavini, rayon təşkilatının sədri İlqar İlyasov dövlət müstəqilliyinin 28-ci ildönümü münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının ildönümünün hər bir azərbaycanlının böyük fəxrlə qeyd etdiyi tarixi hadisə olduğunu deyib.

İ.İlyasov bildirib ki, Azərbaycan xalqının ikinci dəfə müstəqilliyini elan etməsi bir əsrdə xalqımızın siyasi tarixində yaşadığı ikinci ən parlaq qələbəsi idi: "Müstəqilliyimizin ilk illərində xalqımız dünyaya bəxş etdiyi dahi insan, böyük vətənpərvər şəxsiyyət Heydər Əliyev kimi görkəmli bir siyasətçinin siyasi hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı və buna nail oldu. "Müstəqilliyimiz dönməzdir, əbədidir" deyən Ulu Öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gündən-günə daha da güclənir, qüdrətlənir".

İ.İlyasov ölkə Prezidenti İlham Əliyevin oktyabr ayının 3-də Rusiyanın Soçi şəhərində dünyanın məşhur "beyin mərkəzləri"ndən biri olan "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasındakı qətiyyətli çıxışının tarixi əhəmiyyətindən danışdığını bildirmiş, "Qarabağ Azərbaycandır və nida işarəsi" bəyanatı ilə Ermənistanın baş nazirinin Qarabağla bağlı sərsəm bəyanatlarını alt-üst etdi: "Həmçinin, Aşqabad görüşündə isə, Ermənistandakı faşizm rejimini beynəlxalq aləmdə ifşa etdi".

Rayon təşkilatının sədri, onu da vurğulayıb ki, ölkə Prezidenti İlham Əliyevin tarixi çıxışları respublika ictimaiyyəti kimi, laçınlı köçkünlər tərəfindən də rəğbətlə qarşılanaraq, onlarda böyük ruh yüksəkliyi yaradır.

Mövzu ətrafında çıxış edən rayon gəncləri də dövlətimizin inkişafı, xalqımızın rifahı, ərazi bütövlüyümüz uğrunda ölkə başçısının qətiyyətli addımlarını dəstəklədiklərini və Onun ətrafında sıx birləşdiklərini bildiriblər.

R.KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə