YAP Binəqədi rayon təşkilatının ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının 6-cı mikrorayon, 3215-ci məhəllə, 1410-cu keçid ünvanlı ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. İclası ərazi ilk partiya təşkilatının sədri Dilbər Səmədova açaraq, gündəlikdə duran məsələlər barədə məlumat verib. Hesabat məruzəsi ilə çıxış edərək, təşkilat tərəfindən görülən işlər haqqında ətraflı danışıb. Hesabat məruzəsi səsə qoyularaq qəbul edildi və ərazi ilk partiya təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilib.

Daha sonra gündəlikdə duran digər məsələlərlə bağlı müzakirələr aparılıb. Ərazi ilk partiya təşkilatının 7 nəfərdən ibarət idarə heyəti, Fəridə Yunusova sədri və Dilbər Səmədova, Güllü Fətəliyeva sədr müavinləri seçiliblər. Fəridə Yunusova çıxış edərək, ona göstərilən etimada görə təşəkkür etdi və bu etimadı doğruldacağını bildirib.

İclasda çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Yeni Azərbaycan Partiyasının Ümummilli Lider Heydər Əliyev tərəfindən 1992-ci il noyabrın 21-də ölkəmizin ağır sınaqlara məruz qaldığı dövrdə yaradıldığını qeyd edib və keçdiyi keçməkeşli tarixdən danışıb. YAP-ın Cənubi Qafqazın ən böyük partiyası olduğunu bildirib. Son vaxtlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birbaşa təşəbbüsü və rəhbərliyi altında ölkəmizdə aparılan sosial, iqtisadi və digər sahələri əhatə edən islahatlardan danışıb. Bu uğurların əldə edilməsində və təbliğində Yeni Azərbaycan Partiyasının rolunu da vurğulayıb.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə