Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi ilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən Masallı rayonunda yaradılan günərzi qayğı mərkəzinə 30-dan çox uşaq cəlb edilib. ƏƏSMN-dan SİA-ya verilən məlumata görə, onlar aztəminatlı ailələrdən olan, çətin həyat şəraitində yaşayan, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlardır.

2018-ci ildən yaradılan mərkəzdə uşaqların maraq və qabiliyyətləri nəzərə alınaraq, müxtəlif dərnəklər vasitəsilə onların bacarıq və təxəyyülləri inkişaf etdirilir. Onlara ev tapşırıqlarının hazırlanmasında köməklik göstərilir, həmçinin psixoloji dəstək həyata keçirilir.

Həmçinin sağlamlıq imkanları uşaqlarda zəruri özünəxidmət vərdişləri yaradılır. Uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif tədbirlər, ekskursiyalar da təşkil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...