AMEA-nın doktoranturasına qəbul şərtləri dəyişib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) doktoranturasına növbəti qəbul və bu ilin qış imtahan sessiyasından başlayaraq, iddiaçılar alman dilindən B2 səviyyəsi üzrə Höte sertifikat imtahanı, fransız dilindən isə B1 və ya B2 səviyyəsi üzrə DELF imtahanı verəcəklər.

Akademiyadan SİA-ya verilən məlumata görə, bu barədə AMEA prezidenti müvafiq sərəncam imzalayıb.

İmtahanların ödənişi AMEA tərəfindən həyata keçiriləcək.

Xatırladırıq ki, AMEA-da 2015-ci ildən ingilis dilindən doktoranturaya qəbul və doktorluq imtahanları akademik İELTS proqramı üzrə keçirilir. Xarici dillərdən doktoranturaya qəbul və doktorluq imtahanlarının beynəlxalq standartlara uyğun keçirilməsi gənc alimlərin xarici ədəbiyyatdan sərbəst istifadəsinə, onların beynəlxalq elmi tədqiqat mərkəzləri ilə əlaqələrinin genişləndirilməsinə və nüfuzlu elmi bazalardan istifadə imkanlarının artırılmasına şərait yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə