Bakıda Xəzər Texniki Konfransı öz işinə başlayıb

Bakıda Xəzər Texniki Konfransı öz işinə başlayıb. SİA-nın məlumatına görə, SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov konfransda bildirib ki, neftin kəşfiyyatı və hasilatı rəqəmsal texnologiya transformasiyası olmadan çətinləşir.

Vitse-prezident əlavə edib ki, SOCAR operativ əməliyyatlar üzrə uğurlu layihələrə imza atıb. Layihələrin operativ şəkildə həyata keçirilməsi şirkətin vəziyyətini bazara uyğunlaşdırıb.

Qeyd edək ki, konfrans oktyabrın 18-nə kimi davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə