Ermənistan faşizmi dövlət siyasəti səviyyəsinə qaldırıb

Azərbaycan Prezidenti İlham Əliyevin MDB dövlət başçılarının Aşqabadda keçirilən sammitində Ermənistanda faşist idieologiyasının qəhrəmanlaşdırıldığını, Qaregin Njdenin timsalında, faşist təəssübkeşinə abidə ucaltmağın nümunəsində Ermənistanın bugünkü fəlsəfi baxışını dünyaya nümayiş etdirdi. Söhbət etdiyimiz müsahiblərimiz Prezident İlham Əliyevin tarixi çıxışı ilə Ermənistanı, onun başbilənlərini nokauta saldığını bildirdilər.

Millət vəkili Eldəniz Səlimov: "Rusiya XİN bəyanatında Ermənistanda faşizmə xidmət edən satqına heykəl qoyulması pislənilib"

- Prezident İlham Əliyevin "Valday" Beynəlxalq Diskussiya Klubunda «Qarabağ Azərbaycanındır!» nidasını səsləndirməklə, Qarabağ münaqişəsinin həlli milli ideya və hərəkata çevrildi. Aşqabadda keçirilən MDB Dövlət Başçılarının Zirvə Görüşündə gündəlikdə olan Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi ilə əlaqədar dövlət başçılarının Birlik ölkələrinin xalqlarına və dünya ictimaiyyətinə müraciətidir. Prezident İlham Əliyev çıxışında Azərbaycan xalqının bu müharibədə fədakarlıq nümayiş etdirdiyi və ən əsası, Bakı neftinin müharibədə oynadığı roldan danışaraq, qələbədə Azərbaycanın da mühüm rolu olduğunu qeyd etdi. Ermənistanda isə faşist cəlladı, satqın faşistlərə xidmət edən Qaregin Njde ləqəbi ilə tanınan Qaregin Ter-Arutyunyana Yerevanın mərkəzində heykəl qoyulub. Dəfələrlə bu heykəlin götürülməsi ilə əlaqədar MDB ölkələrindən olan müharibə veteranları müraciət etsələr də, heç bir nəticəsi olmamışdır. Qaregin Njde "Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur" şüarı ilə Böyük Vətən Müharibəsində faşizmə xidmət etmişdir. Əgər biz burada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak ediriksə, onda Ermənistanın İrəvanın mərkəzində faşistlərə xidmət edən, sovet xalqına qarşı soyqırımı həyata keçirən Qaregin Njdeye heykəlinin qoyulması Böyük Vətən müharibəsində şəhid olanların, iştirakçıların ruhuna bir ləkə olduğunu qeyd etməliyik. Paşinyan hakimiyyəti keçmiş rəhbərliyin Ermənistana vurduğu qara ləkədən və rüsvayçılıqdan qurtarmaq üçün Qaregin Njdenin heykəlini sökməlidir. Faşizmə xidmət edən, faşizmin qəhrəmanına MDB məkanında yer olmamalı, MDB-də Böyük Vətən Müharibəsində qəhrəmanlıq göstərmiş əsl qəhrəmanların xatirəsi əbədiləşdirilməlidir ki, gələcək nəsillər də bunun haqqında dərin məlumata malik olsunlar. Paşinyan isə həmişəki kimi sərsəm çıxışı ilə iclas iştirakçılarına yalan, heç bir həqiqətə söykənməyən arqument gətirdi. Sonda isə Cənab Prezidentimiz onun bu arqumentlərini faş etdi, yalan olduğunu iclas iştirakçılarının nəzərinə çatdırdı. Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin bəyanatında Müdafiə Naziri Soyqunun redaksiyası altında 12 cildlik nəşrdə də Ermənistanın faşizmə xidmət edən, satqına heykəl qoyulması pislənilmişdir. Lakin Ermənistan hakimiyyəti buna məhəl qoymur.

Millət vəkili Tahir Rzayev: "Paşinyan çətin ki, bu zərbədən tezliklə ayılsın"

- Prezident İlham Əliyevin Aşqabadda MDB Dövlət Başçıları Şurasının İclasında Ermənistana qarşı kəskin çıxışı beynəlxalq aləmdə geniş rezonas yaratmış və dünya ictimaiyyətləri tərəfindən rəğbətlə qarşılanmışdır. Çıxışda bir necə dəfə bildirilmişdir ki, Ermənistanın faşizmi bir qəhrəmanlıq kimi təbliğ etməsi yolverilməzdir və bu sülhsevər ictimaiyyətə hörmətsizlikdir. Çünki dünya faşizmin ağrılarını, fəlakətlərini bu gün də yaşayır və o bəlalar, faciələr unudulmur. Ancaq Ermənistan faşizmi dövlət siyasəti səviyyəsinə qaldırtmaqla təcavüzkar əməllərindən əl çəkmir və yeni-yeni münaqişələrə zəmin yaradır. Ermənistan təcavüzkardır, bu dövlət bir çox xalqlara vaxtı ilə qənim kəsilən, minlərlə insanı qətilə yetirən kəndləri, şəhərləri viran qoyan cinayətkarlara milli qəhrəman imici qazandırır və ona heykəl qoyur, adını küçələrə, məktəblərə verir. Qaregin Njde ləqəbi ilə tanınan və alman faşizminə xidmət edən satqına heykəl ucaldılır. Prezident İlham Əliyev Ermənistanın bu mövqeyini ölkənin baş naziri Paşinyanın üzünə deməklə, belə bir təbliğatın bəşəriyyət üçün qəbuledilməz olduğunu göstərdi. Bildirdi ki, dünya ictimaiyyəti Qaregin Njdenin heykəlinin ucalmasına əleyhinə çıxdığı bir halda, ölkə rəhbəri buna məhəl qoymalıdır. Əksinə, faşizmin təbliğatını daha da genişləndirir. Heykəl qoyularkən, Rusiyanın da etirazı nəzərə alınmadı, halbuki faşizmdən əziyyət çəkən ən çox rus xalqı olub. Ermənistan İkinci Dünya Müharibəsində Sovet İttifaqının tərkibində olmasına baxmayaraq, Qaregin Njde kimi faşist xislətli oğulları və qızları ilə ruslara xəyanət etmiş, onların qətlinə şərait yaratmış və özləri bu qırğınlarda, bilavasitə iştirak etmişlər. Yerənavda Qaregin Njdeyə heykəl qoyulması Rusiya xalqına, bu ölkədə yaşayan insanlara, Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə hörmətsizlik və sayğısızlıqdır. Bu barədə vaxtı ilə Rusiya rəhbərliyi də öz sözünü demişdir. Ancaq çox təəssüflər olsun ki, Ermənistan buna heç bir reaksiya vermədi və faşistin heykəlini götürmədi. Prezident İlham Əliyevin çıxışı çox qətiyyətli, tarixi, həm də gözlənilən idi. Paşinyan çətin ki, bu zərbədən tezliklə ayılsın. Çünki ölkə rəhbərimizin sözləri dünya ictimaiyyətinin fikirləri ilə üst-üstə düşür və bəşəriyyət üçün tarixi əhəmiyyətə malikdir. Faşizmin dəhşətlərini görən və eşidən insan bəşəriyyətin gələcəyi naminə, heç vaxt onu təbliğ etməməlidir. Əgər o, bu yolu seçirsə, əlbəttə ki, insanlığa xəyanət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə