ATU-da “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə 18 oktyabr – Milli Müstəqillik Gününə həsr edilən “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib.

SİA xəbər verir ki, universitetin rektoru, professor Akif Süleymanov tədbirdə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ilə işğalçı Ermənistana və baş naziri Nikol Paşinyana sarsıdıcı zərbə vurduğunu bildirib.

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov çıxışında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümünün ölkəmizdə geniş qeyd olunduğunu qeyd edib. Vurğulayıb ki, 28 il əvvəl əldə olunan müstəqilliyimiz ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin qətiyyətli siyasəti ilə daha da möhkəmlənib. Bu gün Azərbaycan tarixinin ən güclü və inkişaf etmiş dövrünü yaşayır.

Çıxışlardan sonra universitetin 200-dək tələbəsi Prezident İlham Əliyevin Valday bəyanatına həmrəylik rəmzi olaraq “Qarabağ Azərbaycandır və nida işarəsi” fləşmobu təşkil ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...