Heydər Əliyev məktəbinin nümünəvi yetirməsi - İsa Həbibbəyli

Ulu Öndər Heydər Əliyev məntiqində "milliçiliyimizə, elmimizə, mədəniyyətimizə sahib çıxaq" kəlamı Azərbaycan ziyalıları üçün Yoldur. Bu Yolda isə, məhz Ulu Öndər kəlamlarına həm daxilən, həm də fəaliyyətində əməl edən ziyalılığın yüksək nümunəsi olan Akademik İsa Həbibbəylinin var...

AMEA ictimai elminin bütün sahələrinə öz Sözü, öz dəsti-xətti, öz nitqi, öz daxili milli mənəviyyatından irəli gələn qaynar Milli kimlik hissini aşılamaq Akademik İsa Həbibbəyli Ulu Öndər məktəbindən bəhrələnməsinin bariz nümunəsidir.

Tərcümeyi-halı ilə tanış olanda görürsən ki, İsa Həbibbəyli gəncliyindən bu günə keçib gəldiyi yolda bir Əqidəli Xətt var: Heydər Əliyev Yoluna və siyasətinə sadiqlik, bu kursu ictimai elmlərdə həyata keçirmək, cəmiyyətdə təbliğ etməklə bahəm, öz fəaliyyətində tətbiq etmək və çoxlarına örnək olmaq...

İsa müəllimlə tanışlığım Ulu Öndər Heydər Əliyev strategiyası haqqında yazdığım bir yazıdan başladı. Salam verdim, adımı soruşdu, an keçmədi ki, "yazınızı oxumuşam, ad soyadınızı deyən kimi yadıma düşdü". İlk öncə etiraf edim ki, sanki dondum. Niyə? - Çox az hallarda kimsə yazılanları oxuyur... və hətta, yadda da saxlayır. Çox gərgin iş rejimi, gün ərzində müxtəlif mövzularda, müxtəlif istiqamətli tədbirlərdə məruzə edən, deputat kimi qanunvericilikdə daim öz fikri ilə çıxış edən, istər AMEA vitse-prezidenti kimi, istərsə də institut direktoru kimi hər kəsi eşidən, qəbul edən, səbrlə dinləyən, Yol göstərən, dəstək olan, əsl həqiqətdə nümunəvi rəhbər-məmur... alim... Və bir yazını oxuması, yadda saxlaması, münasibət bildirməsi... Fenomen alim... Öz kitablarını hədiyyə etdi. Ağır zəhmətin, gərgin axtarışın bəhrəsi tədqiqatlarını... Və çətin də olsa adi bir sualla müraciət etdim. "Sizin dincəlməyə vaxtınız olurmu?..." Xaraktercə sərtdir, daxilən mülayim... Çox ciddi tövrlə: "oxuyun yazdıqlarımı, fəaliyyətdə olun"... Sərt, eyni zamanda da diqqətcil rəhbər... Ciddi alim, daxilən həlim insan... Ağır çəkili milli ziyalı... Kadrların dəyərini-qiymətini verə bilən, iş görəni ucaldan rəhbər... Ulu Öndər məktəbindən aldığı təlim nümunəsi...

Və... Elm həyatımın bir çətin keçidində mənə də dəstək oldu. Milli ziyalımız yaxindan tanımadığı, adi yazısını oxuduğu, daxilindən gələn milli təəssübkeşlik Hissi ilə "O, dövlətçi, fədakar qadındır" qətiyyətli sözü ilə...

Bax, o ərəfədə, o zamanda da bir çıxışımda dedim: "Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq, milli kimlik, milli ziyalılara sahib çıxın" məktəbinin örnək nümayəndəsi - O, Akademik İsa Həbibbəylidir!

Bilmədim, şəxsən özünə nə deyim... Alim-rəhbər, deputat bir azərbaycançı-qeyrətli qardaşmı... Lakin, dedim... "deyirlər ki yaxşı atları yaxşı kişilər minib gedib... o Yaxşılar bu gün də var... O, Sizsiniz...Adı kimi özü də Peyğəmbər xislətli...".

İsa Həbibbəyli haqda həm cəmiyyətdə, həm də elm aləmində əksəri belə fikirdədir. Tanıdı-tanımadı, Yerindən - Məkanından asılı olmadan Ziyalıya arxa olan, dayaq verən böyük mənəviyyatlı alim - rəhbər!

Akademik İsa həbibbəyli yaradıcılığını mərhələlərə bölsək mükəmməl bir həyat tablosu alınar.

İsa Həbibbəyli öyrədən, təlim verən klassizmi novatorluqla vəhdətdə təqdim edən, kreativ təfəkkürlü müəllimdir.

İsa Həbibbəyli siyasətçidir: YAP-ın fəal rəhbərlərindən biri, Azərbaycan dövlət elm siyasətini ali qanunverici orqanda təmsil edən, fikir və baxışları, yazıları ilə siyasi-fəlsəfi, siyasi-ədəbi mühitdə həqiqəti deyən səlis natiqdir.

- İsa Həbibbəyli ictimaiyyətçidir: Azərbaycanın bütün bölgələrində, xaricdə, AMEA müəssisə və təşkilatlarında yorulmadan Azərbaycançılığı təbliq edən Milli təfəkkürlü bəşəri xislətli ziyalı.

İsa Həbibbəyli ədəbiyyatçıdır: görkəmli mütəfəkkirlərimizi klassiklərimizi arayan, axtaran, ədəbi-mədəni məclislərdə daim yeni baxışla məruzə edən filosofdur.

İsa Həbibbəyli nümunəvi atadır, qayğıkeş babadır.

İsa Həbibbəyli sözün əsl mənasında vətənkeş Vətənsevər, Vətənyanğılı milli mənəviyyat göstəricisi ziyalılıq işığıdır.

Azərbaycanı, onun keçmişini, tarixini, ədəbiyyatını, fəlsəfəsini Prezident İlham Əliyev məntiqindən irəli gələn "Qarabağ Azərbaycanındır" bəyanatını alovlu nitqləri ilə daxilindən gələn bir Vətənkeş hayqırtısı ilə hər yerdə bəyan edən, Azərbaycançılıq idealı özü olan Akademik İsa Həbibbəylidir...

Hörmətlimiz Akademik İsa Həbibbəyli! Sizi AMEA-nın çoxsaylı qadın ziyalıları adından təbrik edirik... Bütün tədbirlərimizə AMEA Prezidenti-sevimlimiz Akif Əlizadə və Siz dəstək vermisiniz! Var olasınız! Böyük Ulu Öndər Heydər Əliyev məktəbinin layiqli yetirməsi, İsa Həbibbəyli, 100 yaşayın!

Rəna Mirzəzadə,

AMEA Fəlsəfə İnstitutu, şöbə müdiri, AMEA Qadınlar Şurasının sədri, professor

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...