Masallıda intellektyual bilik yarışı üzrə açıq rayon birinciliyi keçirilib

14-15 oktyabr 2019-cu il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində gənclər arasında 18 oktyabr –“Dövlət Müstəqilliyi Günü” nə həsr olunmuş “Nə? Harada? Nə? Zaman?” intellektyual bilik yarışı üzrə açıq rayon birinciliyi keçirilib.

Mükafatlandırma mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov Müstəqillik Günü münasibəti ilə gəncləri təbrik edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi Sərəncamı ilə təsdiq etdiyi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının əsas istiqamətlərini təşkil edən milli mənəvi dəyərlərin qorunması, vətənpərvərlik hislərinin aşılanması, gənclərin intellektual inkişafı, onların asudə vaxtlarını səmərəli təşkili, istedadlı gənclərin üzə çıxarılması istiqamətində Rayonda görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb.

Tədbirdə Masallı rayon Təhsil şöbəsinin müdiri Tariyel Əkbərov çıxış edərək yarış iştirakçılarını “Dövlət Müstəqilliyi Günü” münasibəti ilə təbrik edərək Rayonda təhsilin inkişafından və görülmüş işlərdən danışaraq bildirmişdir ki, Ümummilli liderin dövlət müstəqilliyinin möhkəmlənməsinə yönələn siyasəti bu gün də uğurla həyata keçirilir. Ötən illərdə sosial-iqtisadi, eləcə də təhsil sahələrdə əldə edilmiş nailiyyətlər Azərbaycanın müstəqil dövlət kimi gücünü nümayiş etdirir.

120 nəfər yaxın gəncin iştrakı ilə iki gün davam edən intellectual bilik yarışda Rayon gəncləri ilə yanaşı Cəlilabad rayonunu təmsil edən gənclərdən ibarət komanda da iştrak etmişdir.

Yekunda X.Məmmədov adına Xırmandalı kənd tam orta məktəbinin gənclərdən ibarət “Zirvə” komandası birinci yerə, Ə.Vəliyev adına Qarğalıq kənd tam orta məktəbinin gənclərdən ibarət “Qarğalıq” komandası ikinci yerə, Masallı şəhər 7 nömrəli kənd tam orta məktəbinin “Masallı-Zirvə” komandası üçüncü yerə layiq görülmüşlər.
Fəallığına görə isə M.qarayev adına Sığıncaq kənd tam orta məktəbinin gənclərdən ibarət “Sığıncaq” komandası xüsusi diplomla mükafatlandırılıb.

Yarışın sonunda qaliblərə Masallı rayon Gənclər və İdman İdarəsinin təsis etdiyi müvafiq diplomlar təqdim olunub.

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...