“Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ADAU-da müzakirə edildi

“Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı torpaqlarımıza xaincəsinə soxulan ermənilərə ən tutarlı cavabdır və bundan sonra nə baş verəcəyini onlar mütləq anlamalı və işğal etdikləri əraziləri dərhal tərk etməlidirlər. Bu fikirlər ADAU-da, dəyirmi masada səsləndirilib. Təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Prezident İlham Əliyevin Rusiyanın prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyanın Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında iştirakından, iclasdan əvvəl Rusiya prezidenti Putinlə İlham Əliyev arasında çox yüksək səviyyəli ikitərəfli görüşdən danışıb. Rektor deyib ki, Paşinyan bir ölkə rəhbəri kimi Putin tərəfindən qəbul edilməyib və bir az əvvəl bu artıq İrəvanda keçirilən sammitdə dünyaya bir daha nümayiş etdirildi.

İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, ADAU-nun professoru Azad Bayramov, AMEA-nın Gəncə bölməsinin sədri Fuad Əliyev isə çıxışlarında bildirib ki, cənab İlham Əliyevin dəvət olunduğu “Valday” Beynəlxalq Diskussiya Klubu dünyada meydana gələn qlobal siyasi-iqtisadi problemlərin müzakirə olunduğu geniş platformadır. Bu tədbirdə dünya siyasətində rolu və yeri olan dövlət başçıları, siyasətçilər, alimlər və bir sözlə, beyin mərkəzləri iştirak edirlər. “Valday” Klubunun keçirdiyi plenar iclasın sessiyasında da prezdent İlham Əliyev möhtəşəm nitqi, tarixi bəyanatı ilə yadda qaldı.

Dəyirmi masada iştirak edən professor-müəllim, tələbə heyəti də bu tarixi bəyanatın mahiyyətindən danışıb, mötəbər bir məclisdə Prezident İlham Əliyevin bu nitqini Paşinyanın dediklərinə ən tutarlı cavab kimi qiymətləndiriblər.

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə