"Qlobal Medianın inkişaf trendləri: Risklər və İmkanlar" mövzusunda konfrans keçirilir YENİLƏNƏCƏK

Bu gün Bakıda Mətbuat Şurası və Qlobal Jurnalistlər Şurasının təşkilatçılığı ilə "Qlobal Medianın inkişaf trendləri: Risklər və İmkanlar" mövzusunda Bakı Beynəlxalq Media Konfransı keçirilir. SİA-nın xəbərinə görə, tədbirdə Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dim, media kapitanları və digərləri iştirak edirlər.

Tədbir Azərbaycan və Türkiyənin dövlət himninin səsləndirililməsi ilə başlanıb. Konfransa Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dim moderatorluq ediblər.

Çıxış edən Əflatun Amaşov söyləyib ki, Şərqlə Qərbin qovşağında yerəşən Azərbaycan tolerantlıq mühitinin bərqərar olduğu, beynəlxalq toplantıların keçirildiyi məkandır: "Bugünkü toplantının keçirilməsi Azərbaycanda medianın aktuallığından xəbər verir".

O bildirib ki, son dövrlər sosial medianın imkanlarının artması ilə media azadlıqları da artır: "Neqativ hallar da nəzərdən yayınmamalıdır. Bu isə qarşılıqlı əməkdaşlığımızın dərinləşməsindən asılıdır. Söz və mətbuat azadlığı kimi fundamental dəyərlərdən sui-istifadə belə hallar qarşı birgə çıxmağı tələb edir. İnternetin yaratdığı imkanlar dinamiklik üçün imkanlar yaradır".

Ə.Amaşov söyləyib ki, Azərbaycan ikili standartlarla üzləşir: "Hər ən bir sıra proseslərdə ikili standartlı, dünyada qeyri-oğbyektivliyin, qərəzliyin şahidi oluruq. İnanırıq ki, bu Konfrans belə hallara qarşı çıxan platforma kimi özünü təsdtqləyəcək. Əminəm ki, bu formatda torlantımız davam edəcək, aparıcı media nümayəndələrini öz sıraldarında birləşdirəcək. İnanıram ki, bu konfrans dünyaya mesaj verən tribuna kimi özünü təsdiqləyəcək".

Daha sonra çıxış edən Qlobal Jurnalistlər Şurasının sədri Mehmət Ali Dim Azərbaycanla Türkiyə mediasının ortaq tərəflərinin olduğunu vurğulayıb. O, Türkiyə çoxlu sayda media ilə bağlı təşkilatların olduğunu qeyd edib: "Bu sahədə tənzimləməyə, yeni bir nəfəsə ehtiyac var. Xarici İşlər naziri Mövlud Çavuşoğlunun dəstəyi ilə Qlobal Jurnalistlər Şurası yaradılıb. Türkiyədə fəaliyyət göstərən xarici media orqanları da bizim təşkilatımızın sırasında yer alır, türk düşməni olmayan jurnalistlər üzvlərimizdir".

Tədbir davam edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə