“Bərabərlik hesabını geri qaytar!” AZARKEŞ PİKETİ+FOTOLAR

Bu gün Niderland Krallığının Bakıdakı səfirliyi qarşısında futbol üzrə Azərbaycan yığma komandasının azarkeşləri tərəfindən piket keçirilib. SİA xəbər verir ki, piket Avro-2020 çərçivəsində Macarıstan-Azərbaycan (1:0) yığma komandaları arasında keçirilən oyunda niderlandlı hakim Dennis Hiqlerin yığma komandamızın üzvü Bəhlul Mustafazadənin 90+3-cü dəqiqədə rəqibin qapısına vurduğu təmiz qolu hesaba almamasına etiraz məqsədi daşıyıb.

Belə ki, niderlandlı hakimin qolu hesaba almaması faktı Azərbaycan yığmasının bir xalını əlindən alıb və rəqibə 3 xal hədiyyə edib.

Piket iştirakçıları “Ədalətsiz qərar”, “Ədalətsiz hakim”, “Futbol siyasətdən kənar”, “Bərabərlik hesabını geri qaytar!” kimi şüarları ilə yanaşı, “Holland pendirinə “hə”, holland hakiminə “yox”” şüarı da qaldırılıb.

Xatırladaq ki, niderlandlı hakim oyundan sonra Azərbaycan yığmasının qolunun təmiz olduğunu, verdiyi qərarının isə səhv olduğunu etiraf edərək üzr istəyib.

Qeyd edək ki, bu kimi hallar ilk dəfədir ki, baş vermir və istər milli yığmamızın, istərsə də klublarımızın müxtəlif beynəlxalq oyunlarda vurduqları təmiz qollar hesaba alınmamaqla yanaşı, dəfələrlə haqq edilən 11 metrlik cərimə zərbələri verilməyib, yaxud, qapımıza ədalətsiz cərimə zərbələri təyin olunub.

Bir sıra ekspertlər isə, bu kimi halların həqiqətən də futbolun siyasiləşdirilməsi və s. kimi qiymətləndirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə