Əflatun Amaşov:" Azərbaycan ikilistandarlarla üzləşir"

"Şərqlə Qərbin qovşağında yerəşən Azərbaycan tolerantlıq mühitinin bərqərar olduğu, beynəlxalq toplantıların keçirildiyi məkandır. Bu günkü toplantının keçirilməsi Azərbaycanda medianın aktuallığından xəbər verir". SİA-nın xəbərinə görə bu fikirləri Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov "Qlobal Medianın inkişaf trendləri: Risklər və İmkanlar" mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.

O bildirib ki, son dövrlər sosial medianın imkanlarının artması ilə media azadlıqları da artır: "Neqati hallar da nəzərdən yayınmamalıdır. Bu isə qarşılıqlı əməkdaşlığımızın dərinləşməsindən asılıdır. Söz və mətbuat azadlığı kimi fundamental dəyərlərdən sui-istifadə belə hallar qarşı birgə çıxmağı tələb edir. İnternetin yaratdığı imkanlar dinamiklik üçün imkanlar yaradır".

Ə.Amaşov söyləyib ki, Azərbaycan ikili standartlarla üzləşir: "Hər ən bir sıra proseslərdə ikili standartlı, dünyada qeyri-oğbyektivliyin, qərəzliyin şahidi oluruq. İnanırıq ki, bu Konfrans belə hallara qarşı çıxan platforma kimi özünü təsdtqləyəcək. Əminəm ki, bu formatda torlantımız davam edəcək, aparıcı media nümayəndələrini öz sıraldarında birləşdirəcək. İnanıram ki, bu konfrans dünyaya mesaj verən tribuna kimi özünü təsdiqləyəcək".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə