ETSN-də Almaniyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

Almaniyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyində Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maninq ilə görüş keçirilib.

Görüşdə Azərbaycan və Almaniya arasında ətraf mühit üzrə mövcud əməkdaşlıq istiqamətləri və gələcək planlar müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə