Siqaret çəkən uşaqların valideynləri cərimə ödəyəcək - RUSİYADA

Rusiya Federasiyasının hökumət komissiyası administrativ qanun pozuntuları kodeksində redaktələr aparmağı müzakirə edir. SİA xəbər verir ki, bu barədə “İzvestiya” nəşri yazır. Belə ki, redaktə qəbul olunarsa, bundan sonra tütün məmulatlarından istifadə edən uşaqların valideynləri cavabdehlik daşıyacaqlar.

2009-2014-cü illərdə dövlət Dumasında siqaret çəkən uşaqların valideynlərinin cərimə ödəmələri haqqında qanun layihəsi müzakirə olunsa da, bu təşəbbüs hökumət tərəfindən dəstəklənməmiş, Duma tərəfindən isə geri qaytarılmışdı.

Bu ilin aprel ayında isə, Udmurtiyanın dövlət şurası Dumaya tütün məmulatlarından istifadə edən uşaqların valideynlərinin 2-3 min rubl arasında cərimə ödəmələrini əks etdirən qanun layihəsi təqdim edəcəklərini bildirmişdi.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə