Əli Kərimli Cəmil Həsənli kimi siyasi kuklalar ortalıqda görünmədi

Yenə eyni oyun, yenə köhnəlmiş, pas atmış erməni təfəkkürlü Əli Kərimli-Cəmil Həsənli kimi siyasi kuklaların oyunu. Bu oyunun təlxək oyunçuları Ə.Kərimli və C.Həsənli sağlam olmadıqları üçün, ancaq qanunsuz əməllərə əl atmaq yolunu tutaraq, "Milli Şura" razılaşdırılmış piket qaydalarını pozaraq, oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin binası ətrafında qanunsuz yürüşə cəhd etdi. Ən maraqlı məqam isə günlərdir sosial şəbəkələrdən erməni iyi verən ağızları ilə xalqı mitinqə gəlməyə çağrışlar edən nə "Milli Şura"nın, nə də AXCP sədrini gördüm deyən olmadı. Bununla yanaşı, Ə.Kərimlinin 50 nəfərlə "inqilab" etmək cəhdi AXCP və "Milli Şura" adlı qurumun miskin durumunu, verilən populist bəyanatlarının arxasında, heç bir real güc olmadığını açıq şəkildə nümayiş etdirdi.

Aidiyyəti orqanların xəbərdarlıqlarına baxmayaraq, sosial şəbəkələrdə piketi mitinqə çevirmək və daha radikal metodlara əl atmaq çağırışları Ə.Kərimli və ətrafının niyyətinin heç də dinc aksiya keçirmək deyil, yaradılmış imkandan istifadə edərək, öz məkrli niyyətlərini reallaşdırmaq olduğunu göstərdi.

Beləliklə, ictimai asayişin pozulması ilə müşayiət olunan küçə yürüşünə cəhdin və aksiya iştirakçılarının hüquqazidd əməllərinin qarşısı alındı.

Bakı Şəhər Baş Polis İdarəsinin məlumatında bildilir ki, piket üçün müəyyən edilmiş vaxtdan xeyli qabaq müxtəlif yerlərdə toplaşaraq, hüquq qaydasını pozmuş 17 şəxsə xəbərdar edilib, 4 nəfər barəsində inzibati protokol tərtib olunub. Həmçinin, polisin qanuni tələblərinə tabe olmayaraq küçə yürüşü keçirməyə cəhd edən 5 nəfər haqqında toplanmış inzibati materiallar məhkəməyə göndəriləcək, sərxoş halda olan və üzərində soyuq silah aşkarlanıb götürülmüş daha bir piket iştirakçısının əməlinə hüquqi qiymət veriləcək.

İşin faciəvi tərəfi odur ki, piketdə dünənə qədər riyakarcasına çağırış etməkdən yorulmayan nə sosial şəbəkə bloggeri, AXCP sədri Əli Kərimli, nə də "Milli Şura" adlı, adı olub özü olmayan qurumun sədri Cəmil Həsənli iştirak etmədi!!! Bütün olanları Kərimli evindən, Həsənli isə Uzaq Amerikadan izlədi. Heç də təəccüb doğurmur. Çünki bu mənəviyyatsızlar həmişə belə olublar. Necə deyərlər- dovşana qaç deyir, tazıya tut… Sizcə, absurd deyilmi? Gəlmə səbəbini də soruşmağa dəyməz. Və bu gün olanlar Ə.Kərimlinin və başının dəstəsinin riyakarlığını bir daha sübut etmiş oldu.

Bəli, "Milli Şura"nın rüsvayçı piket şousu bitər-bitməz, demək olar ki, müxalifət düşərgəsinin bütün cinahları AXCP sədri Ə.Kərimlini hədəfə alaraq, onu ən sərt şəkildə tənqid və təhqir etməyə başladılar. Hətta piket-şouya qədər də eyni hal yaşanırdı. Maraqlı məqamlardan biri də ittiham hədəfində, məhz Ə.Kərimlinin olmasıdır. Yəni "Milli Şura"nın sədri rolunda çıxış edən Cəmil Həsənli isə, ümumiyyətlə, nə saya, nə də hesaba alınırdı. Bu isə, ilk növbədə, belə qənaətə gəlməyə əsas verir ki, C.Həsənli Ə.Kərimlinin ipli kukla tipindəki siyasi oyuncağıdır və onu necə istəyirsə, elə də oynadır.

AXCP sədrini isə cəbhəçilər bacarıqsız, səriştəsiz, parçalayıcı və satqın olmasını bildiriblər.

Əli Həsənovdan Əli Kərimliyə dərs: "siyasi "qabiliyyəti"...

"Azərbaycan Respublikasında vətəndaşların sərbəst toplaşmaq azadlığı konstitusiyanın 49-cu maddəsi ilə və digər qanunvericilik aktları ilə tənzimlənir. Konstitusiyamıza görə, hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı, müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək və piketlər düzəltmək hüququ vardır".

Bu sözləri Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov «facebook» profilindəki paylaşımında qeyd edib: "Azərbaycan hakimiyyətinin sərbəst toplaşmaq azadlığına baxışı "cəmiyyətin iradəsi təkcə dövlət qurumlarından xalqa doğru deyil, daha çox xalqdan dövlət qurumlarına sirayət etməlidir" fəlsəfəsinə əsaslanır. Bu mənada, hakimiyyət heç zaman vətəndaşların sərbəst toplaşmalarına, öz fikir və rəylərini açıq ifadə etmələrinə mane olmayıb, istər paytaxt Bakıda, istərsə də bölgələrimizdə insanların bir araya gələrək, kollektiv düşüncələrini ifadə etmələrinə daim şərait yaradıb. Lakin o da, nəzərə alınmalıdır ki, heç bir ölkədə ayrı-ayrı qurumların vətəndaşların toplantı və nümayiş hüququndan bəhrələnərək, istədiyi zaman və istədiyi məkanda aksiya keçirmək təcrübəsi mövcud deyil. Çünki bütün dünya ölkələrində hakimiyyət orqanları insanların etiraz hüququna şərait yaratmaqla yanaşı, həm də qanunların tələblərinə əməl olunmasına, aksiyaların təhlükəsizlik və ictimai asayişin təmin edilməsinə, vətəndaşların dinc yaşayış və istirahət hüququna, nəqliyyatın ahəngdar fəaliyyətinə maneçilik törətməməsinə və digər məsələlərin həllinə görə də məsuliyyət daşıyırlar. Buna görə Azərbaycanda da, digər ölkələrdə olduğu kimi, təşkilatların siyasi fəaliyyət azadlığına, insanların sərbəst toplaşmaq hüququna xüsusi önəm verilməsinə baxmayaraq, beynəlxalq standartlara uyğun olaraq, aksiyaların təşkil edilməsi proseduru ilə bağlı müəyyən şərtlər, qadağalar, qanunların pozulduğu təqdirdə isə, hüquqi sanksiyalar mövcuddur. Bütün bunlar sadə reallıqdır, siyasətlə məşğul olan hər kəsin bildiyi və bilməli olduğu gerçəklikdir". Əli Həsənov onu da vurğulayıb ki, 25 ildən artıqdır ki, Azərbaycanın bir çox radikal müxalifət dairələri, onların sırasında Əli Kərimlinin rəhbərlik etdiyi AXCP bu sadə həqiqəti dərk etməkdən uzaqdır: "Ancaq çox təəssüflər olsun ki, 25 ildən artıqdır ki, Azərbaycanın bir çox radikal müxalifət dairələri, onların sırasında Əli Kərimlinin rəhbərlik etdiyi AXCP bu sadə həqiqəti dərk etmək istəmir, təşkil etdikləri etiraz tədbirlərini cəmiyyətin ümumi maraqlarını, rifahını ifadə edən vətəndaş aksiyası kimi deyil, iğtişaşlar və hərc-mərclik vasitəsi kimi istifadə etməyə çalışırlar. Müstəqillik dövründə, biz dəfələrlə şahid olmuşuq ki, 1990-cı illərdə həmin insanların iştirakı ilə formalaşmış stereotiplər, öz məqsədinə çatmaq üçün istənilən vasitəni məqbul hesab etmək mərəzi, geniş xalq kütləsinin istəyinə və mövqeyinə hörmətsizlik, dövlət əmlakına ziyan vurmağa çalışmaq və s. xüsusiyyətlər radikal və dağıdıcı müxalifətə rəhbərlik edən belə şəxslərin psixologiyasının mühüm bir elementinə çevrilib və artıq özünü qeyri-şüuri formada büruzə verir. Ən acınacaqlısı isə budur ki, ötən dövr ərzində ölkəmizdə yüksələn ictimai şüur da bu radikalların dağıdıcı instinktlərini sağalda, dəyişə və çağdaşlaşdıra bilməyib".

Prezidentin köməkçisi onu da bildirib ki, müdrik xalqımız radikal müxalif düşərgəsinin nə zamansa dəyişəcəyinə, müasir dövrün tələblərinə uyğun yenidən təşkilatlanacağına inanmır, ayrı-ayrı siyasi qrupların özünü "lider" adlandırmaqdan zövq alan personalarının sosial şəbəkələrdəki "bloqqer inqilabları"na biganə yanaşır və onlara hakimiyyət mandatı verməyi ağlına belə gətirmir: "Təbii ki, xalq da onların hərəkətlərini görür, təhlil edir, müqayisə aparır və bir daha qəti qənaətə gəlir ki, onun maraq və mənafelərinin ən ideal təmsilçisi, sosial təkamül prosesindəki bayraqdarı bu siyasi düşərgələrdə fəaliyyət göstərən şəxslər deyil, məhz Prezident İlham Əliyev və Onun iqtidarıdır… AXCP-yə sədr olduğu 20 ilə yaxın bir müddətdə, hətta ona etimad göstərmiş partiya funksionerlərini və fəallarını öz ideoloji-siyasi məhvərində saxlaya bilməmiş, didişmə, parçalanma və tənəzzüldən başqa partiyaya heç nə "bəxş etməmiş" Ə.Kərimlinin "siyasətçi qabiliyəti". Elə bu "qabiliyət"in nəticəsidir ki, Bakı şəhər İcra Hakimiyyətinin paytaxtın Lökbatan massivində ayırdığı meydana aparmağa tərəfdar tapmır, patoloji həddə çatmış "tükənmişlik sindromu"nu ört-basdır etmək üçün təyin etdiyi 50 nəfərlik piketi belə doğru-düzgün təşkil edib keçirə bilmir...Xalqımız, onu da yaxşı bilir ki, bunlar xarici anti-Azərbaycan mərkəzlərindən aldıqları maliyyənin şirəsi ilə Azərbaycan hakimiyyətinə "diş qıcayırlar". Ancaq həqiqət budur ki, "qıcanan bu dişlər" kəskin kariyesə məruz qalıb, onların stomatoloji müayinə və müalicəsinə böyük ehtiyac var".

Siyavuş Novruzov: "Milli Şura"nın piketi təxribat xarakteri daşıyırdı

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Azərbaycan Xalq Cəbhəsi Partiyası və "Milli Şura"nın "Sərbəst toplaşmaq haqqında" Qanunun tələblərini pozduqlarını bildirib: "AXCP və "Milli Şura" "Sərbəst toplaşmaq haqqında" Qanunun tələblərini pozaraq, onlar təyin olunmuş yerdə eyil, orta məktəbin qarşısında dərs prosesini pozmaqla, şagirdlərin və valideynlərin hərəkətinə maneçilik törətməklə piket keçirib. Aksiya başlamazdan əvvəl, təyin olunmuş yerdə deyil, insanların intensiv hərəkət etdiyi, yaşayış olduğu dar səkidə müxtəlif şüarların səsləndirilməsi, ajiotaj yaratmaq cəhdləri qanunun tələblərinə zidd əməllər olmaqla yanaşı, həm də bu insanların niyyətlərinin öz etirazlarını bildirmək deyil, asayiş keşikçilərini təxribata çəkmək və problem yaratmaq olduğunu nümayiş etdirib. Təşkilatçılar öncədən Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib, onlara piketdə səsləndiriləcək şüarlar və digər məsələlərlə əlaqədar xəbərdarlıq olunub, lakin onlar yenə də piketin keçirilməsi zamanı qanuni tələblərə əməl etməyiblər. Kənarda əlində "Xalq sizinlədir, Cənab Prezident İlham Əliyev" şüarı ilə dayanan bir nəfərə hücum, plakatın onun əlindən alınması və cırılması bu insanların destruktiv, dözümsüz, təxribatçı qaragüruh olduğunu, heç bir sivil mübarizə metodlarını tanımadığını göstərdi. Bunun özü də piketin təxribat xarakteri daşıdığını təsdiqləyir".

S.Novruzov onu da qeyd edib ki, Ə.Kərimli piketdə görünməyib, prosesi kənardan izləmək yolunu tutub: "Tədbirin təşkilatçıları, AXCP və «Milli Şura»nın rəhbərliyində duranların heç biri bu aksiyada iştirak etmədi. Məqsəd piketə ancaq müəyyən adamları təlimatlandıraraq göndərməklə təxribat yaratmaq, sonra bu görüntüləri çəkərək, Avropa qurumlarına göndərmək olub. "Sərbəst toplaşmaq haqqında" Qanunun tələbləri və təşkilatçılar buna görə cavabdehlik daşıyırlar".

Elman Məmmədov: "Xalq bu yalançılara inanmır və ölkədə mitinqə ehtiyac yoxdur"

Millət vəkili Elman Məmmədov "Milli Şura"nın təşkil etdiyi 50 nəfərlik piket cəhdi növbəti dəfə iflasa uğradığını bildirərək vurğulayıb ki, başqa cür də olmayacaq: "Çünki 25 ildir ki, istər Ə.Kərimli, istər C.Həsənli, istərsə də dağıdıcı düşərgənin partiya sədrləri olsun, onların bütün çirkin oyunları iflasa uğurayacaq: "Çünki xalq bu yalançılara inanmır və ölkədə mitinqə ehtiyac yoxdur. Bilirsiniz, bu, artıq dəfələrlə təstiqini tapıb ki, AXCP normal şəkildə aksiya təşkil etmək iqtidarında deyil. Ə.Kərimlinin sosial şəbəkələrdə vətəndaşları bu aksiyanı müşahidə etməyə çağırması, şəhərin mərkəzində itaətsizlik mühiti və hətta mümkün olacağı təqdirdə qarşıdurma yaratmaq, özünü müxalifətdə real güc mərkəzi kimi təqdim etmək və müvafiq piar kampaniya aparmaq məqsədi daşıyıb. Nəticə isə, göz qabağında oldu. Artıq xalq dərk edir ki, Ə.Kərimli və onun kimilərin populist bəyanatları, yalandan başqa bir şey deyil. Bugünkü yığıncaq, bir daha onu göstərdi ki, bu şəxslərin məqsədi heç də şəhərdə dinc aksiya keçirmək deyil, piketi mitinqə çevirmək, şəhərin mərkəzində qarşıdurma yaratmaq və çaxnaşma salmaqdır. Xalq arasında etimadını itirən bu tip insanlar çıxış yolunu indi də çaxnaşma yaratmaqla xalqın diqqətini özlərinə çəkməyə cəhd edir. Bakı Şəhər İcra Hakimiyyəti onlara piket keçirmək üçün lazımi yer ayırsa da, onların aksiya başlamazdan əvvəl təyin olunmuş yerdə deyil, insanların intensiv hərəkət etdiyi, yaşayış olduğu dar səkidə müxtəlif şüarlar səsləndirməklə ajiotaj yaratmaq cəhdləri qanunun tələblərinə zidd əməllər olmaqla yanaşı, həm də bu insanların məqsədinin asayiş keşikçilərini təxribata çəkmək və problem yaratmaq olduğunu nümayiş etdirdi".

Millət vəkili bildirib ki, 90-cı illərin psixologiyası ilə yaşayan bu şəxslər müəyyən yollarla qanuna tabe olmayaraq küçədə polisə müqavimət göstərməyə, təhqiramiz ifadələr işlətməklə çaxnaşma yaratmaq, yolu bağlamaqla insanları narahat etmək istədilər: "Hətta iş o yerə çatdı ki, onlar mitinqi pisləyən, ərazidə yaşayan və kənarda dayananlara da hücum çəkməkdən çəkinmədilər".

Əli Kərimlinin piketdə iştirak etməməsinə gəlincə isə, E.Məmmədov bunu təbii hal kimi qarşılayıb: "Axı, Əli Kərimli piketdə iştirak edib, nə desin? Yenə yalan vədlər, pafoslu çıxışlarmı etsin? Əli Kərimlinin deməyə sözü olmadığından, özü "utandı", əgər utanan üzü varsa...".

Fransız psixoloq Julyer iddia edir ki, insanlarda satqınçılıq və xəyanət simptomları bir dəfə formalaşırsa, bu, sistemli şəkildə davamlı olur və ətraf mühitə ikrah yaranır. Bu məntiqlə yanaşsaq, aydın olur ki, bu gün müxalifət illərdi ki, eyni mühitdə qalıblar, zaman-zaman bir-birilərinə xəyanət ediblər və demək olar ki, artıq bir periodiklik yaranıb və bunun qarşısını almaq, sadəcə, mümkünsüdür. Yəni bu yaşdan sonra nə İsa Qəmbəri, nə Əli Kərimlini, nə Cəmil Həsənlini, nə Arif Hacılını, nə Rəsul Quliyevi dəyişmək mümkün deyil. Çünki birində xəyanət edib və bunu gizlətməyə çalışan "lider", digər tərəfdən isə, iddialarını hər gün böyüdən "lider". Şəxsiyyətin ikiləşməsi isə, istər-istəməz, insanlarda aqressiyanı pik həddinə çatdırır. Bu gün müxaliflərin istər bir-birilərinə, istərsə də ətraf mühitə nifrət etmələrinin başlıca səbəbi də, məhz budur.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə