"Məqsəd ölkəmizə, dövlətimizə, xaqlımıza xidmət edəcək strukturun yaradılmasıdır"

""Resurs" Analitik İnformasiya Mərkəzi Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib və hüquqi şəxs kimi fəaliyyət göstərmək üçün müvafiq qaydada bütün hüquqi və zəruri prosedurları başa çatdırıb, daxili strukturu təsdiq edilib, fəaliyyət istiqamətləri müəyyən olunub və təsdiq olunmuş iş planı üzrə fəaliyyətə başlayıb". Bunu SİA-ya açıqlamasında "Resurs" Analitik İnformasiya Mərkəzinin eksperti İsmayıl Quliyev deyib.

Ekspert bildirib ki, məqsəd ölkəmizə, dövlətimizə, xaqlımıza və millətimizə xidmət edəcək bir strukturun yaradılması, hədəfllərimiz sağlam, intellektual səviyyəsi yüksək olan cəmiyyətin inkişafı, insanlarda, vətəndaşlarda dövlətçilik, vətənpərvərlik hissini əqidələrdə, düşüncələrdə, şüurlarda, ideologiyada, əxlaqda möhkəmlənməsi, güclü dövlətin, güclü və sağlam vətəndaşı tezisinin cəmiyyətdə real assosiasiyasına nail olmaqdır.

İ.Quliyev əlavə qdib ki, bir neçə istiqamətdə geniş spektri əhatə edən çoxşaxəli fəaliyyət göstərəcəyik: "Artıq bununla əlaqədar yeni fəaliyyət istiqamətlərində gündəlik irəliləyişlər müşahidə olunur. Fəaliyyətimizin mahiyyəti və qayəsi insan və vətəndaş olduğu üçün biz daim cəmiyyətlə sıx əlaqəli iş metodu seçmişik və mütəmadi olaraq kütləvi informasiya vasitələrində bu öz əksini tapacaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...