"Realmap.az" portalının təqdimat mərasimi keçirilib

Bu gün Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "İctimayyətlə Əlaqələrin İnkişafına Kömək" İctimai Birliyi tərəfindən www.realmap.az onlayn xəritə portalının təqdimat mərasimi keçirilib.

SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə layihənin koordinatoru professor Şəlalə Həsənova açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan ərazilərində yaradılan Ermənistan haqqında bütün beynəlxalq tribunalardan bəyan edir. İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. www.realmap.az onlayn xəritə platformasında göstərilən toponimik panorama və demoqrafik faktlar ölkə başçısının dünya miqyasında səsləndirdiyi tezisini möhkəmləndirən unikal elektron bazadır".

Daha sonra, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev onlayn portalın ermənilərin işğalında olan İrəvan ərazilərinin tarixi adlarını və məlumatlarını əks etdirməsindəki rolundan danışdı. Portalın əsasını təşkil edən interaktiv xəritədə orta əsrlərdən Qərbi Azərbaycanda mövcud olmuş 400 Azərbaycan kəndi tam dəqiq coğrafi koordinatları üzrə yerləşdirilmişdir. Qan damlalarını xatırladan qırmızı nişanları kliklədikdə hər kəndin türk mənşəli toponimi, onun erməniləşdirildiyi tarix və müxtəlif illərdə orada yaşayan azərbaycanlıların sayı göstərilir. 1918-1920-ci illərdə daşnakların hakimiyyəti dövründə azərbaycanlıların sayının dəfələrlə azalması xəritədə öz əksini tapmış və Ermənistanda soydaşlarımıza qarşı törədilmiş soyqırımın təzahürü kimi önə çəkilmişdir. Xəritə ilə yanaşı portalda "Ermənistanda Azərbaycan toponimləri", "Əhali", "Arxiv sənədlər" kimi yardımçı bölmələr yer almışdır. Burada mövzu üzrə cədvəllər, ətraflı məlumatlar, nadir sənədlər yerləşdirilmiş, kəndlərin adları əlifba üzrə sıralanmış və hər kənddə Azərbaycan əhalisinin soyqırımına dəlalət edən statistik məlumat verilmişdir.

Tədbirdə iştirak edən digər tanınmış ziyalılarımızın da təqdim edilən portalın özəlliyinin Ermənistanın indiki ərazisində Azərbaycan toponimlərini bərpa etməklə onlara yeni nəfəs verməsini vurğuladılar. İrəvan tarixinin həqiqətləri ilə bağlı səslənən geniş fikirlərdən sonra tədbir yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə