(Yol qeydləri və qüdrətli ölkə haqqında düşüncələr)

YAP icra aparatı katibliyindən Həsən Əliyev zəng vurub deyəndə ki, bu ilin sentyabrın 10-da Çinə gedəcək nümayəndə heyətinin siyahısında mənim də adım var – tərəddüdsüz razılaşdım. Hətta Həsənin, - bəlkə başqa planlarınız var, iş qrafikinizə uyğun deyilsə imtina edə bilərsiniz - sözlərini zarafatla – Allah sənin köməyin olsun, bu saat dünya saatını Çinin vaxtı ilə düzəldir, mən niyə bu maraqlı və qüdrətli ölkəyə getməkdən imtina etməliyəm, dedim.

Doğrudan da Çin həmişə maraqlı, ecazkar və bir qədər də sirli bir ölkə kimi mənim diqqətimi özünə cəlb edib. Digər tərəfdən səfərin ÇXR-nın yaranmasının 70-illiyinə və ÇKP ilə YAP əlaqələlərinin qurulmasının 20 illiyinə həsr edilmiş rəsmi və dostluq görüşü xarakteri daşıdığından əhəmiyyətli və yüksək səviyyəli olacağı bəri başdan aydın idi.

Çin adını ilk dəfə mən 9-10 yaşlarında olanda Urudda eşitmişdim və bu ad mənim uşaq yaddaşımda çox keyfiyyətli, rahat və gözəl görünüşlü adına “keta” dediyimiz yüngül idman ayaqqabılarının istehsal edildiyi ölkə kimi qalmışdı.

Günlərin birində İrəvandan atam mənə bir cüt “keta” alıb gətirdi və bu keta futbol oyununda mənə yüksək üstünlük və hörmət qazandırdı. Doğrudan da, qaloşla, rezin çəkmə ilə, sandaletlə, hətta ayaqyalın kəndimizin daşlı küçələrində top qovalamaqdan doymayan biz kənd uşaqları üçün bu yüngül, rahat və möhkəm keta ilə futbol oynamaq ayrı zövq və imtiyaz idi. Hətta yaxın dostlarım mən futbola getməyən günlərdə ketamı növbə ilə geyinib, futbol oynamaq üçün evimizə minnətə də gəlirdilər. Onda biz hələ “Kitay” sözünü eşitməmişdik və ketanın üstündə rusca “Сделано в Китае” sözünü elə keta kimi başa düşürdük.

2016-cı ildə biz bir qrup YAP-çı millət vəkili Çin Xalq Respublikasında səfərdə olarkən mən bu “keta-kitay” söhbətini çinli həmkarlarıma danışıb xeyli gülmüşdük.

Birinci səfərdən 3 ildən çox müddət keçməsinə baxmayaraq bu səfərin maraqlı təəssüratları və şirin xatirələri hələ də yaddaşımızda canlanırdı. Səfər yoldaşlarımız YAP idarə heyətinin üzvü, Milli Məclisin Regional Siyasət Komitəsinin sədri Arif Rəhimzadə, millət vəkilləri - Hikmət Babaoğlu (YAP Siyasi Şurasının üzvü, Yeni Azərbaycan qəzetinin redaktoru), Naqif Həmzəyev (YAP Gəncə şəhər təşkilatının sədri), Şahin İsmayılov (Azərbaycan Tələbə Gənclər İttifaqları Təşkilatının sədri), “Səs” qəzetinin redaktoru Bəhruz Quliyev, YAP-ın gənc fəalları Əli və Elmanla hər görüşəndə Çin səfərini xatırlayır, bu işgüzar və maraqlı səfərin təəssuratlarını bir daha yaddaşımızda canlandırırdıq. Həmin səfər zamanı təyyarədə dostum Bəhruz Quliyevə zarafatla yazdığım şerin müxtəlif bəndlərini bugünə qədər də səfər yoldaşlarımın yaddaşında qalmaqdadır.

Daha sonra Çin səddində Hikmət Babaoğlu mənim şerimə belə bir nəzirə yazmışdı. Hələ 2016-cı ildə Çində olarkən bu şeirləri dərc etməyi düşünsək də, görünür qismət bu günə imiş.

Çinə gedəcək nümayəndə heyətinin tərkibi 20 nəfərdən ibarət nəzərdə tutulmuşdu. Çünki ÇKP və YAP əlaqələrinin 20 illiyi ilə əlaqədar Çin tərəfi heyətində simvolik olaraq 20 nəfər olmasını istəmişdi. Sonra isə biz Pekində olarkən Çinli tərəfdaşlarımız 5 il ərzində hər il 20 nəfər – ümumilikdə 100 nəfər YAP nümayəndəsini qəbul edəcəkləriarzusunda olduqlarını bildirdilər.

Ümumiyyətlə, Cənubi Qafqazın ən güclü və üzvlərinin sayına görə ən böyük partiyası olan YAP-ın beynəlxalq aləmdə nüfuzu ilbəil artır. Partiyamız ikitərəfli əlaqələrdən savayı Şərq ölkələrinin 18 aparıcı partiyasını birləşdirən Asiya Siyasi Partiyalarının Beynəlxaq Konfransı (İCAPP) ilə, Avropa Xalqları Partiyası (EPP), Latın Amerikası Siyasi Partiyalarının Təşkilatı (COPPAL) ilə əməkdaşlıq edir.

Elə Çin səfəri öncəsi biz partiya sədrinin müavini, YAP icra katibi, Baş nazirin müavini Əli Əhmədovun təşkilatçılığı və rəhbərliyi ilə İCAPP növbəti konfransının iştirakçılarından olmuşduq və bu ölkələrdən gələn qonaqlar Bakının gözəlliyi, ölkəmizin sürətli inkişafı, əldə etdiyimiz uğurlar haqqında necə riqqətlə danışmalarından qürur hissi keçirtmişdik.

Sentyabrın 4-də saat 12-də YAP Mərkəzi Aparatının binasında 2-ci mərtəbədəki konfrans salonunda Çinə gedən nümayəndə heyətinin görüşü oldu. Görüşdə səfərin məqsədi, çıxışlar, hədiyyə-suvenirlər və s. məsələlər müzakirə olundu. Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası münasibətləri tarixində Çinə səfər edən ən geniş tərkibli nümayəndə heyətinə YAP Siyasi Şurasının üzvü, siyasi elmlər doktoru, professor, Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri Hadı Rəcəbli başçılıq edəcəkdi. Nümayəndə heyətinin üzvləri aşağıdakılardan ibarət idi:

- Musa Quliyev – YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini.

- Firdovsi Əliyev - YAP Siyasi Şurasının üzvü, ekologiya və təbii sərvətlər nazirinin müavini.

- Sahibə Qafarova - Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini.

- Cavid Osmanov - Milli Məclisin Regional məsələlər Komitəsinin üzvü, YAP Ağdaş rayon təşkilatının sədri.

- Naqif Həmzəyev - Milli Məclisin Gənclər və idman Komitəsinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri.

- Sədaqət Vəliyeva - Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, YAP Nizami rayon təşkilatının sədri

- Tahir Mirkişili - Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü.

- Bəhruz Quliyev – “Səs” Media Qrupun rəhbəri;

- Namiq Əhmədov - YAP Siyasi Şurasının üzvü, YAP Xəzər rayon təşkilatının sədri

– Hikmət Şikarov - YAP Pirallahı rayon təşkilatının sədri

- Ramiz Göyüşov - YAP Binəqədi rayon təşkilatının sədri

- Nazim Ağayev - YAP Xaçmaz rayon təşkilatının sədri

- Zəkiyyə Musayeva - YAP Suraxanı rayon Qadınlar Şurasının sədri

- Araz Xudadanov – YAP İcra Katibliyində baş məsləhətçi

- Hülya Məmmədli - YAP İcra Katibliyində baş məsləhətçi

- Elmar Məmmədov - YAP Gənclər Birliyinin kordinatoru

- Orxan Bayramov - YAP Xətai rayon təşkilatının Gənclər Birliyinin sədri

- Salman Salmanov - YAP Nəsimi rayon təşkilatının Gənclər Birliyinin sədri

- Məcidzadə Fərəh - YAP Suraxanı rayon təşkilatının Gənclər Birliyinin sədri

Hökumətin başqa bir təcili tapşırıq verməsi səbəbindən Firdovsi Əliyev son anda səfərdən imtina etməli oldu və beləliklə, YAP-ÇKP dostluğunun 20 illiyinə həsr olunmuş görüşə 19 nəfər heyətlə yola düşdük.

Bir çox xarici səfərlərdə olduğu kimi qrupun fəaliyyətini əlaqələndirmək və vahid mərkəzdən idarəni təmin etmək məqsədilə kod adı “Çin heyəti” olan whatsapp qrupu yaratdıq. Qrupun idarə edilməsi və əlaqələndirilməsi işi YAP-çı fəal gəncimiz Hülya xanım Məmmədliyə həvalə olundu. Onu da deyim ki, Hülya qızımız ona tapşırılan bu vəzifənin öhdəsindən sona qədər bacarıqla gəldi.

Sentyabrın 10-u saat 18:00-da Heydər Əliyev aeroportunun VİP salonunda toplaşaraq səfərin son detallarını bir daha müzakirə etdik, görüş proqramımız, çıxışlarımız, mədəni tədbirlər, hədiyyə və süvenirlər məsələsini bir daha dəqiqləşdirdik.

Proqrama uyğun olaraq ayın 12-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq şöbəsində “Xalqların rifahı naminə” şüarı altında dövlət idarəçiliyində təcrübə mübadiləsinə həsr olunmuş konfransda Hadı Rəcəbli 15 dəqiqəlik məruzə, Sahibə Qafarova, Tahir Mirkişili və mən 8 dəqiqəlik çıxış etməli idik. Məruzə və çıxışların mətnləri öncədən Çindəki səfirliyimizə tərcümə olunmaq üçün göndərilmişdi.

10 sentyabr saat 19:40-da AZAL konserninə məxsus müasir, təzə, hər cür konfortu və əla xidməti olan Boing 767-300 təyyarəsi üzü gündoğan ölkəyə havalandı. Bakıdan Pekinə hava məsafəsi 7 saat 40 dəqiqə, Pekinlə Bakı arasında saat fərqi ilə + 4 saatdır. Yəni biz Bakı vaxtı ilə 19:40-da yola düşdük və Pekin vaxtı ilə saat 0620 dəqiqədə Çin paytaxtının CAPİTAL hava limanında yerə endik. Düz təyyarənin trapında bizi ötən səfərdən tanıdığımız ÇKP MK-nın MDB ölkələri ilə iş sektorunun əməkdaşları Can Cenkun (biz ona sadə və rahat olması üçün eləcə Can deyə müraciət edirdik), Li Zhujun (ona Maşa deyirdik) bir də Xuj--- (ona da Saşa deyirdik) köhnə dostlar kimi qucaqlaşaraq qarşıladılar.

Hava limanının VİP salonunda səfirimiz Əkrəm Zeynallı başda olmaqla Azərbaycanın Çindəki səfirliyinin əməkdaşları geniş tərkibdə bizi gözləyirdilər. Pasport nəzarətindən keçəndən sonra VİP salonda baqajlarımız gələnə qədər səfirlə fikir mübadiləsi apardıq.

Onu da qeyd edim ki, Əkrəm Zeynallı cəmi 2 ildən bir az artıq müddətdir böyük elçi kimi işləməyinə baxmayaraq Çindəki səfirliyimizin statusunun yüksəlməsi, ölkələrimizin arasındakı münasibətlərin daha yüksək səviyyəyə qalxması üçün xeyli səylər göstərmiş və nəticələr əldə etmişdir. Məhz onun təşəbbüsü və müraciətləri əsasında səfirliyimizin diplomatlarının sayı 3 nəfərdən 25 nəfərə qaldırılmış və Çin Xalq Respublikasının Baş katibi Si Tsinpin hörmətli prezidentimiz cənab İlham Əliyevə xüsusi hörmətinin nəticəsi olaraq Azərbaycan səfirliyinin binasının tikilməsi üçün Pekin şəhərinin mərkəzində səfirliklərin yanında 30 sot torpaq sahəsi ayırmışdı. Bu ərazidə torpağın bir sotunun qiymətinin 2 milyon dollar olmasını nəzərə alsaq Çin rəhbərinin bizə hədiyyəsinin qiymətini dəyərləndirmək çox da çətin deyil. Amma bu münasibətlərin mənəvi dəyəri daha qiymətlidir və pul ekvivalenti ilə ölçülə bilməz. Elə buradaca bir xoşniyyətli gileyimi də bildirmək istəyirəm.

Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfirliyi 3 sentyabr 1993-cü il tarixindən fəaliyyət göstərir. Bu tarixdən indiyə qədər səfirliyimizin özəl binası – yəni mülkiyyəti Azərbaycan dövlətinə məxsus torpağı və daşınmaz əmlakı yoxdur. Səfirlik uzun illərdir ki, icarə əsasında çox da böyük olmayan kirayə binada məskunlaşıb və uzun illər – ta Əkrəm Zeynallının məlum təşəbbüsünə qədər 3 diplomatdan ibarət kiçik bir heyət ilə çalışmışdır. Özü də səfirliyin yerləşdiyi bina ən kasıb və kasıb ölkələrin səfirliklərinin qonşuluğunda yerləşir.

Diplomatik münasibətlərdə hər şey – diplomatın geyimindən, davranışından tutmuş səfirlik binasının böyüklüyü, yerləşdiyi ərazi, maddi-texniki imkanları, diplomatların sayı, statusu böyük əhəmiyyətə malikdir.

Təsəvvür edin Çin kimi nəhəng resurslara malik, dünyaya meydan oxuyan bir dövlətdə səfirlikdə çalışan 3 diplomatla nə iş görmək olar? Xarici işlər naziri elə üzü Avropaya baxır, 25 ildə Çini, oradakı problemlərimizi görən olmayıbmı? Axı Çin həm ərazi, həm əhalicə, həm iqtisadi potensialı ilə bütöv Avropadan böyükdür!

Müqayisə üçün deyim ki, Pekindəki ən böyük səfirliklərdən biri Ermənistanındır və şəhərin ən bahalı yerində yerləşir, diplomatlarının sayı da bizimkindən çoxdur!

Baxmayaraq ki, BMT Təhlükəsizlik şurasının 5 daimi üzvündən biri olan Çin Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Qarabağı Azərbaycanın tərkib hissəsi sayır və bütün platformalarda Azərbaycan lehinə, Ermənistanın əleyhinə səs verir!

Onu da qeyd edim ki, Çinin özünün internet sosial şəbəkələri var və xüsusi proqramlar yüklənməsə burada bizim geniş istifadəsinə öyrəşdiyimiz facebook, youtube, whatsapp kimi şəbəkələrdən istifadə etmək mümkün deyildir. Rouminq danışıq xidməti çox bahalıdır və bu Çinin deyil, bizim Azercell-in problemidir. Bunlar ilk baxəşda əhəmiyyətsiz görünən detallar olsa da, Çin-Azərbaycan menasibətlərinin yaksəlməsinə, turistik və ticari əlaqələrin intensivləşməsinə çətinlik yaradan əngəllərdir. Münasibətin birinci şərti ünsiyyətdir, kommunikasiyaların olmasıdır.

Səfirlik işçilərinin yardımı ilə telefonlarımızı yerli və beynəlxalq şəbəkələrə uyğunlaşdırdıq, baqajlarımız gəldikdən sonra bizim üçün açılmış iki mikroavtobusa əyləşərək (nümayəndə heyətinin başçısı kimi Hadı müəllimə ayrıca BMW ayrılmışdı və rəhbər bu üstünlüyünü axıra qədər məmnuniyyətlə qorudu, saxladı və nümayiş etdirdi) Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin “Wanshou” hotelinə yola düşdük.

Pekinin mərkəzindən bir qədər aralıda yerləşən Wanshou” hoteli ÇKP MK-in Pekindəki 10-dan çox qonaq evindən biridir. Təxminən 4 ulduzlu otel səviyyəsində olan bu mehmanxana Sovet İttifaqındakı analoji partnomenklatura deyilən kəsimin ÇXR paytaxtına gələrkən (eləcədə partiyanın xarici qonaqlarının) qaldığı yer kimi hər bir normal şəraiti vardır.

Oteldə qonaqlama və restoranda 3 dəfə yemək Çin tərəfinin hesabına ödənilirdi. Gəlişimizi nəzərə alaraq restoranda ənənəvi Çin mətbəxilə yanaşı Avropa mətbəxinin yeməkləri də var idi və bu səbəbdən 2016-cı ildəki gəlişimizdən fərqli olaraq qidalanma problemi ilə üzləşmədik.

Bir qədər də Çin mətbəxi haqqında. Çin mətbəxinin qədim tarixi və ənənəsi vardır. Əgər qərbdə fransızlar öz süfrə mədəniyyəri və mətbəx ənənələri ilə tanınırlarsa, şərqdə bu sözləri rahatca çinlilər haqqında söyləmək olar. Çini yaxşı tanımayan hər hansı turistə ilk baxışda çin mətbəxi qat-qarışıq, öz orqanoleptik xüsusiyyətləri ilə fərqli, bəzən yemək üçün uyğun olmayan inqrediyentlərdən hazırlanmış, formaca müxtəlif, olduqca geniş diapazonda dəyişən dad və qoxusu olan yeməklərin hazırlaması, əslində tarixi ənənədən gələn fəlsəfi düşüncə və inanclarla bir harmoniya təşkil edir. Çin mətbəxinin ən məşhur yeməkləri Pekin ördəyi, qızardılmış düyü, yüzillik yumurta və tısbağa şorbası hesab olunur. Çin inanclarına görə it və pişik ətinin sərinləşdirici təsiri vardır və buna görə də bu ərzaqlardan əsasən ilin isti vaxtlarında yeməklər hazırlamağa üstünlük verirlər.

Çin erkən orta əsrlərdə qonşu hun moğol türklərinin çapqınlarına məruz qalıb əsarətə düşdükdən sonra burada uzun illər möhkəm aclıq hökm sürmüş, əhali sözün əsl mənasında daşdan yumşaq nə var, yeməyə məcbur olmuşdur. Ona görə də, çinlilər deyirlər ki, biz hərəkət edən nə var – sürünən, qaçan, uçan, üzən – nə qarşımıza çıxsa yeyirik. Qidalarının çoxunu həşəratlar – sürünənlər təşkil edən bu böyük xalqa yarım vegeterian da demək olar. Çinlilər qədim yemək və xidmət mədəniyyətlərini qoruyub saxlayıblar və bununla qürur duyurlar.

Yüngülvari nahardan sonra rəsmi geyimdə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq şöbəsinə - xanım Van Minlə görüşə yollandıq. Xanım Van Min şöbə müdirinin müavini – sovet vaxtının təmtərağı ilə desək, - zam. zav. otdel ÇK vəzifəsində işləyirdi. 2016-cı ildəki gəlişimizdə də bu xanımla görüşdüyümüzdən köhnə dostlar kimi salamlaşdıq.

Kifayət qədər gənc görünən, savadlı və enerjili qadın olan xanım Van Min xarici görkəmcə heç dəyişməmişdi, 3 il əvvəl gördüyümüz kimi idi. Eləcə köhnə dostumuz Can da heç dəyişməmişdi. Dəyişən yalnız Canın saç düzümü idi: başının yarısında saçını qırxdırmış, yarısında isə saçı uzun saxlamışdı. Dedilər ki, indi Çində belə saç düzümü dəbdədir. Hərçənd ki, belə saç düzümlü adamı bizim Gəncədə görsələr – yəqin ki, parabeyindi, - deyərdilər. Amma bu Can nəinki parabeyin deyil, çox sadəlövh görünən, olduqca savadlı və filosof qədər dərin bilikli ağıllı adam idi. Van Min də, Can da Moskvada təhsil aldıqlarından rusca kifayət qədər yaxşı bilirdilər. Ancaq görüş rəsmi xarakter daşıdığında Çin tərəfi öz dilində danışır, Maşa dediyimiz Li Zhujun isə ruscaya tərcümə edirdi.

Salamla nitqini isti notlarla başlayan xanım Van Min söylədi ki, fərqli coğrafiyalarda yaşasalar da, Azərbaycan və Cin xalqları arasında bir oxşarlıq var – hər ikisi olduqca qonaqpərvər xalqdır. Hesab edin ki, öz evinizdə, dostlarınınzın, doğmalarınızın yanındasınız.

Xanım Van Min 1999-cu ildə Bakıda olduğunu, YAP-ın birinci qurultayında iştirak etdiyini, Ümummilli Lider Heydər Əliyevlə görüşdüyünü şirin bir xatirə kimi bizimlə bölüşdü, Heydər Əliyevin xarizmatik lider kimi Çində də böyük hörmətə malik olduğunu, Çin-Azərbaycan arasındakı diplomatik, siyasi və iqtisadi əlaqələrin məhz Heydər Əliyev tərəfindən qurulduğunu xüsusi məmnuniyyət hissi ilə qeyd etdi.

O, müstəqil Azərbaycanın Çinə ilk rəsmi səfər edən dövlət başçısının məhz Heydər Əliyev olduğunu xatırlatdı və Ümummilli liderin 7-10 mart 1994-cü il tarixdə Çinə rəsmi səfərinin iki öklə arasında hərtərəfli əlaqələrin qurulmasında tarixi əhəmiyyətini xüsusi olaraq qeyd etdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi ağıllı, müdrik və praqmatik lider adlandıran xanım Min cənab Prezidentin 2018-ci ilin aprelində Pekində “Bir kəmər-bir yol” sammitində iştirakını, qədim ipək yolunun Azərbaycan üzərindən bərpasında dövlət başçımızın xüsusi xidmətləri olduğunu da minnətdarlıq hissi ilə xatırladı.

O daha sonra partiyalarımız arası münasibətlərdən danışarkən YAP-ın təkcə Cənubi Qafqazın deyil, postsovet ölkələrinin və Şərqin ən nüfuzlu partiyalarından biri olduğunu qeyd etdi.

Son illərdə əldə etdikləri uğurlardan qürur hissi ilə söz açan Van Min qeyd etdi ki, Çin iqtisadiyyatı sürətlə inkişaf edir. Əgər 30 il bundan əvvəl əhalinin 40%-i yoxsulluq həddində yaşayırdısa, indi yoxsulluq 5%-ə enib. Hər il 10 milyon insan yoxsulluq həddindən çıxır. Yaxın 2 ildə Çin yoxsulluğu 0%-ə çatdıracaqdır. Çin dünyanın ən inkişaf etmiş dövlətinə çevrilmək kimi kifayət qədər iddialı bir məqsədini də artıq heç kəsdən gizlətmir!

Cavab nitqində YAP nümayəndə heyətinin başçısı Hadı Rəcəbli səmimi qəbul üçün təşəkkürünü bildirərək Çin-Azərbaycan əlaqələrinin möhkəmlənməsində partiyalarımızın xüsusi rolunu qeyd etdi. Azərbaycanın demokratuk, hüquqi, dünyəvi dövlət kimi inkişaf eydiyini, Vətəndaş cəmiyyətinin formalaşmasında hər cür azadlıq və hüquqların mövcud olmasından danışdı. Hadı müəllim Azərbaycanda 55 siyasi partiyanın qeydiyyatdan keçdiyini, onlardan 12-nin parlamentdə təmsil olunduğunu söyləyəndə təkpartiyalı kommunist sisteminin yetirməsi olan xanım Van Minin badamı gözləri alma boyda oldu və mənə elə gəldi ki, söhbətin axırınadək əvvəlki ölçüsünə qayıtmadı.

Səmimi keçən görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olundu. Bu zaman yüngülvari bir kuryoz hadisə də baş verdi. Belə ki, Van Minə kiçik bir xalça suvenirlə yanaşı bir butulka “Savalan” şərabı da təqdim edərkən səfir astaca söylədi ki, Çində qadına şərab butulkası hədiyyə etmək doğru sayılmır, hətta təhqir kimi də qəbul edilə bilər. Amma artıq gec idi. Hadı müəllim Azərbaycan şərablarını tərifləyə-tərifləyə butulka olan qutunu xanım Van Minə uzatmışdı. Səfirin qeydini eşidən kimi Hadı müəllimin özünəməxsus siyasi çevikliyi burada da özünü göstərdi:

-Burada səfir söyləyir ki, Çində qadınlara şərab hədiyyə etməzlər. Amma mən köhnə bir kommunist kimi hesab edirəm ki, kommunistlər hamısı bir-birinə yoldaşdır. Bir də bizdə bir atalar sözü var: - Aslanın erkəyi, dişisi olmaz! Qarşılıqlı gülüşdən sonra hədiyyə şərabı götürən kommunist xanım sakitcə söhbətə nöqtə qoydu: - Mən bu şərabı aparıb evdə içəcəyəm!

Otelə dönəndə Çinin məşhur Sin Xua agentliyinin müxbirlərinin bizi gözlədiklərini gördük. Müsahibə istəyirdilər. Nümayəndə heyətimizin başçısı Hadı müəllim və jurnalist dostumuz, “SİA” agentliyinin rəhbəri Bəhruz Quliyev səfərimizin məqsədi və Çin haqqında təəssuratlarını söylədilər. Yeri gəlmişkən, Bəhruz müəllimə qrupumuz adından bir daha minnətdarlığımı bildirirəm Məhz onun peşəkarlığı və operativliyi sayəsində Çin səfərimiz həm Azərbaycanın, həm də Çinin mətbuatında layiqincə işıqlandırıldı.

Çinə səfərimizin 2-ci günü çox gərgin və maraqlı keçdi. Belə ki, səhər yeməyindən sonra nümayəndə heyəti Çin KP MK nəzdində Ali Partiya məktəbini ziyarət etdik. Məktəb adlanan bu universitet əslində böyük bir şəhərcik idi. Ərazisi 50 hektardan çox olan Ali Partiya məktəbi onlarla binadan ibarətdir. Hər korpusda bir neçə fənn tədris olunur. Universitetdə 400 professor çalışır. Ümumi müəllim heyətinin sayı isə 1300 nəfərdən çoxdur. Bu ali partiya məktəbi 1933-cü ildə təsis edilib. Dünyanın 91 ölkəsinin 265 universiteti ilə əməkdaşlıq edir, 21 beynəlxalq təşkilatla müqaviləsi vardır. 2018-ci ildə dünyanın 159 ölkəsindən 9587 öyrənci burada seminar, fakultativ keçib, sertifikat almışdır. Universitetin eyni zamanda 2000 xarici tələbənin mühazirə dinlədiyi 66 zalı vardır. Universitetin Çinin müxtəlif bölgələrində 3000-ə yaxın filialı fəaliyyət göstərir. Bütün bu məlumatları bizimlə həvəslə bölüşən universitetin Beynəlxalq əlaqələr şöbəsinin direktoru xanım Dun Tsin bizi mehribanlıqla salamladı, Azərbaycan haqqında xoş sözlər söylədi. Bir saatlıq səmimi fikir mübadiləsindən sonra xanım Dun Tsin və onun əməkdaşları ilə xudafisləşib Çin imperatorlarının tarixi iqamətgahı olan Ququn sarayına yola düşdük.

Burada qeyd etməyi lazım bilirəm ki, Ququn imperator sarayı 3000 illik yazı və dövlətçilik tarixi olan Çinin qürur mənbəyidir və bütün rəsmi qonaqları protokol qaydasında buranı ziyarət etməyə gətirirlər. On beşinci əsrə məxsus bu saray kompleksi dünyamım ən boyük saray kompleksi hesab olunur. Min imperatorlar sülaləsinin inşa etdirdiyi Ququn sarayının ərazisində 980 bina vardır, tikililərin ümumi sahəsi 720 min kv. metrdir.

Sarayın əzəmətini və möhtəşəmliyini təsvir etmək fikrində deyiləm – gərək gəlib gözlərinlə görəsən. Yalnız onu qeyd etmək istəyirəm ki, saraya bilet satışı yalnız onlayn qaydada həyata keçirilir. Bir biletin qiyməti 12 ABŞ dollarıdır. Gündə 100.000 adam buranı ziyarət edir. Əgər daha çox bilet satışəna icazə verilsə, gündə ziyarətçilərin sayı 200.000-i keçər. Lakin günortadan sonra saraya giriş dayandırılır və təmizlik işləri görülür. Yəni təkcə Ququn sarayı Çinin büdcəsinə ildə 420 aşqa sarayın ətrafında satılan suvenirlər də yaxşı gəlir mənbəyidir.

Oteldə yüngülvari nahar yeməyi yeyəndən sonra ÇXR KP MK Beynəlxalq əlaqələr şöbəsində düzənlənən konfransa yola düşdük. Konfrans ÇKP-YAP münasibətlərinin 20 illiyinə həsr olunsa da, daha çox idarəetmədə partiyaların rəhbər rolu, xalq-partiya əməkdaşlığı, xalqa xidmət, sosial rifah məsələləri müzakirə ediləcəkdi.

Konfransın gündəliyi öncədən Bakıya göndərilmişdi və Azərbaycan tərəfdən Hadı Rəcəblinin 15 dəqiqəlik məruzəsi, Musa Quliyevin, Sahibə Qafarova və Tahir Mirkişilinin 8 dəqiqəlik çıxışları nəzərdə tutulmuşdu. ÇXR KP MK Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Taonun konfransda iştirakı və 15 dəqiqə məruzə etməsi tədbirin yüksək səviyyəli olmasından xəbər verirdi. Konfransı Beynəlxalq şöbənin müdir müavini, professor Çzyu Liuçzyun açdı və idarə etdi.

Salamlama və məruzə üçün ilk olaraq söz ÇXR KP MK Beynəlxalq əlaqələr departamentinin rəhbəri Sun Taoya verildi. Sun Tao Çində kifayət qədər nüfuzlu partiya xadimidir. Bu şəxsi Azərbaycanda da yaxşı tanıyırlar. Bizim səfərimizdən bir qədər əvvəl, 2019 cu ilin iyul ayında Yeni Azərbaycan Partiyasının dəvəti ilə Sun Tao Bakıda olmuş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşmüşdür. Geniş tərkibli nümayəndə heyəti ilə Bakıya gələn Sun Tao 22 iyul tarixdə YAP-ın təşkilatçılığı ilə düzənlənən “Si Cinpinin yeni dövrü - Çin səciyyəvi sosialzm ideyası” mövzusunda keçirilən konfransda geniş məruzə ilə çıxış etmişdi.

Məruzəsində Çinin sürətli inkişaf yolundan, idarəetmə intizamından, kadrların düzgün seçilib yerləşdirilməsinin əhəmiyyətindən danışan Sun Tao Çin Xalq Respublikasının lideri cənab Si Cinpinin “Çin arzusu” ideyasının inamla gerçəkləşdiyini xüsusi olaraq diqqətimizə çatdırdı. Sun Tao məruzəsində Azərbaycan haqqında səmimi sözlər söylədi. Bakıya səfəri, cənab Ptezident İlham Əliyevin qəbulunda olması, YAP sədrinin müavini , Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədovla işgüzar və səmimi görüşləri barədə xoş xatirələrini konfrans iştirakçıları ilə bölüşdü.

Sun Taonun məruzəsindən sonra Hadı müəllim Azərbaycanın inkişaf yolu, siyasi-iqtisadi uğurları, YAP iqtidarı və xalqın liderə sevgisi barədə ətraflı məlumat verdi. Çini yaxın qonşu, etubarlı tərəfdaş kimi xarakterizə edərək bütün beynəlxalq platformalarda, xüsusi ilə Qarabağ problemi ilə bağlı müzakirələr zamanı həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini minnətdarlıq hissi ilə qeyd etdi. Azərbaycanda Çinlə dostluq və əməkdaşlıq əlaqələrinə ciddi önəm verildiyini söyləyən Hadı müəllim məruzəsini nikbin bir tonda tamamladı: Güclü bir əl çiynimizdə olanda biz özümüzü daha da inamlı hiss edirik!

Məruzələr ətrafında Çin tərəfdən ÇKP MK- nın Ali Partiya Məktəbinin direktor müavini Çzyu Linçzyun, Çjenczyan əyalətinin İu şəhərinin vitse-meri Li Tzyunfu, ÇKP partiya intizamına nəzarət şöbəsinin direktor müavini, Azərbaycan tərəfdən isə Milli məclisin deputatları Musa Quliyev, Sahibə Qafarova və Tahit Mirkişili çıxış etdilər. Bizim çıxışlar da maraqla dinlənildi və alqışlarla qarşılandı. Konfransdan sonra nümayəndə heyətimiz Sin-Xua agentliyi və bir neçə televiziya kanalının müxbirləri ilə səfərimiz barədə, o cümlədən Dağlıq Qarabağ problemi, Ermənistanın işğalçılıq siyasəti, BMT qərarlarının 25 ildir ki, kağız üzərində qalması barədə geniş brifinq keçirdi.

Konfransdan sonra Sun Tao Azərbaycan nümayəndə heyətinin şərəfinə ziyafət verdi. Ziyafətin ən maraqlı səhnəsi çay dəmləmə mərasimi idi. Milli geyimdə iki gözəl qız müxtəlif çay növlərini milli kasalarda dəmləyir, birinci dəmi kənara axıdıb, təzədən dəmləyir, 3-5 dəqiqədən sonra Sun Taoya, Hadı müəllimə və digər qonaqlara təqdim edirdilər. Çaylar həqiqətən də çox ləzzətli idi və bizim çaylara qətiyyən bənzəmirdi. Çinlilər daha çox yaşıl çaya üstünlük verirlər və çay içərkən, adətən, heç bir şirinləşdiricidən istifadə etmirlər. Görüşlər zamanı isə yaşıl çayı xüsusi saxsı çay qablarında dəmləyib gətirirlər. Arabir çayçı qızlar əllərində çaydan gəzərək xüsusi mərasim qaydasında özlərinə məxsus plastika ilə, gəzəri kölgə kimi, içilən çay bardaqlarının üzərinə qaynar su əlavə edib sakitcə çəkilib gedirdilər.

Banket çox yüksək səviyyədə təşkil olunmuşdu. Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı və səfirliyin əməkdaşı Samir Məmmədov da banketdə iştirak edirdilər. Yeri gəlmişkən onu da qeyd edim ki, Samir Məmmədov ali bakalavr və magistr təhsilini Çində alıb. Magistraturanı bitirdikdən sonra isə səfirliyimizdə diplomatik fəaliyyətə başlayıb. Yetkin bir diplomat olan Samir Çin dilində gözəl danışır. Bütün səfər boyu Samir bizi müşaiyət etdi. Konfranslardakı çıxışlarımızı, eləcə də görüşlərimizi tərcümə edərək bizə çox yardımçı oldu.

Ziyafətə rəng qatan isə Azərbaycan səfirliyində hazırlanıb gələn şah plovu və bizim apardığımız “Savalan” və “Yeddi gözəl” şərabları oldu. Ümumiyyətlə Çində bizim şərabları yavaş-yavaş tanımağa başlayırlar və çox bəyənirlər. Təəssüf olsun ki, bu həddən artıq böyük və çox seqmentli bazarda hələ də yerimizi tuta bilməmişik.

Səfirin dedikləri

Ölkəmizin Çindəki səfiri Əkrəm Zeynallı gənc olmasına baxmayaraq kifayət qədər təcrübəli diplomatdır. Savadlı, mədəni, dünyagörüşü geniş, işgüzar adamdır. Bizim səfərimizin olduqca yüksək səviyyədə təşkil edilməsində, heç şübhəsiz ki, Çin kommunistləri ilə yanaşı səfirliyimizin də böyük zəhməti olmuşdur. Səfirin tapşırığı ilə səfirliyin katibi Samir Məmmədov əvvəldən axıra bizim yanımızda oldu, istər rəsmi görüşlərdə, istər mədəni proqramlarda nümayəndə heyətimizə hər cür yardım göstərdi.

Əkrəm Zeynallı öz səfir etimadnaməsini 13 sentyabr 2017-ci ildə ÇXR sədri cənab Si Cipinə təqdim etmiş və o tarixdən də iki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsi üçün çalışır.

Əkrəm müəllim söyləyir ki, Çin - Azərbaycan münasibətlərinin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub, cənab Prezident İlham Əliyevin səyləri ilə inkişaf etməkdədir. Eyni zamanda diplomatik və siyasi münasibətlərin möhkəm və davamlı olması üçün iqtisadi, ticarət əlaqəlıri də inkişaf etməlidir. Təəssüf ki, Çin boyda nəhəng bazara layiqincə daxil ola bilməmişik.

Lakin son illərdə “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşmağa başlaması, cənab Prezident İlham Əliyevin 25-27 aprel 2019-cu il tarixdə “Bir kəmər, bir yol” dövlət başçılarının Pekində keçirilən Sammitində iştirak etmiş, bu əlaqələrin güclənməsinə xeyli stimul vermişdir.

Azərbaycanın təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Qars dəmir yol layihəsi və Bakı-Ələt Beynəlxalq Dəniz limanının tikilməsi Çini Avropaya birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat dəhlizini formalaşdırmışdır. Çin-Azərbaycan arasında dəmir yolu daşımalarının həcmi get-gedə artır, əlaqələr möhkəmlənir. Bu işlərlə bağlı İqtisadiyyat naziri Şahin Mustafayev və “Azərbaycan Dəmir Yolları” QSC-nın sədri Cavid Qurbanov bir neçə dəfə ŞXR-da işgüzar işgüzar görüşlərdə olublar.

Səfir işgüzar əlaqələrin möhkəmlənməsində 3 vacib istiqaməti qeyd etdi:

- Azərbaycanın kənd təsərrüfatı məhsullarının, xüsusilə şərab, xurma və nar kimi böyük təlabat olan malların Çin bazarına daxil olması üçün tədbirlər görmək;

- Turizm əlaqələrinin möhkəmlənməsi: gördüyümüz tədbirlər öz nəticələrini verməkdədir. Səfirliyimizin səyləri nəticəsində Çindən Azərbaycana gedən turistlərin sayı 8 mindən 50 min nəfərə çatmışdır. Gələn ildən başlayaraq ildə Çindən Azərbaycana gələn turistlərin sayının 200 min nəfərə çatdırılması üçün Çinin Turizm nazirliyi ilə müqavilə bağlamağa hazırlaşırıq..

- Çin şəhərləri ilə Azərbaycan şəhərlərinin qardaşlaşması, təyyarə reyslərinin sayının artması da aktual məsələlərdəndir. Hal-hazırda Sumqayıt şəhəri ÇXR-nın Çucou şəhəri ilə qardaşlaşmışdır. Bakı-Pekin qardaşlaşmış şəhər layihəsi üzrə danışıqlar aparılır. Çinin İpək Yolu Beynəlxalq Palatasının təşəbbüsü ilə yaradılmış “İpək yolu şəhərləri Alyansı” na Bakı şəhərinin Qaradağ rayonu, Şəki və Şuşa şəhərlərinin qoşulması təşəbbüsləri də reallaşmaq üzrədir. Çində Naftalan neftinin müalicəvi təsiri barədə məlumat var və Naftalana getmək arzusunda olanların sayı da artmaqdadır. Bu perspektivi nəzərə alaraq Gəncə şəhərinin Çinin bir şəhəri ilə qardaşlaşması fikri də aktualdır. Millət vəkili Naqif Həmzəyev və mən Gəncədən olan deputatalar kimi bu məsələyə hər cür dəstək göstərəcəyimizi bildirdik.

Səfərin üçüncü günü

Səhər yeməyindən sonra qaldığımız otelin 2-ci mərtəbəsindəki konfrans zalında “Bir kəmər, bir yol” iqtisadi inkişaf strategiyası ətrafında müzakirə və təqdimat oldu. Mövzunu “Torpaqların istifadəsi institutunun” direktoru, doktor Çong Piping xanım təqdim etdi. Bu çox gənc və arıq xanımı ayrı yerdə görsəydim bir tələbə olduğunu zənn edərdim. Amma elnlər doktoru və institut direktoru olan bu xanım məruzəsinə “varlı olmaq üçün əvvəl yol çəkməlisən” sözləri ilə başlayanda dərin bilikli və peşəkar olduğunu sezməmək mümkün deyildi. Xanım Piping sonra əlavə etdi ki, “Bir kəmər, bir yol” layihəsi Çinin qürur mənbəyidir. Əgər əvvəllər deyirdilər ki, əgər Çinə gəlib Çin səddini görməmisənsə və ördək əti yeməmisənsə, - deməli Çində olmamısan, - deyiminə indi “Bir kəmər, bir yol” layihəsi barədə məlumatın yoxdursa fikri də əlavə olunub.

Məruzə-təqdimatdan aydın oldu ki, bu layihə Çin üçün, bu nəhəng ölkənin gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır.

Çin dövləti bu layihənin reallaşması məqsədi ilə dünyanın 125 ölkəsi ilə əməkdaşlıq müqaviləsi imzalayıb, bu yolların çəkilməsi üçün 186 milyard dollar investisiya yatırılması planlaşdırılır, bu Azərbaycan kimi bir ölkənin 10 illik büdcəsi deməkdir.

Çong Piping bu layihədə Azərbaycanı etibarlı tərəfdaş kimi gördüklərini vurğuladı və cənab Prezident İlham Əliyevin bu ilin aprelində keçirilən “Bir kəmər, bir yol” Sammitində iştirakının Çin tərəfdən yüksək qiymətləndirildiyini qeyd etdi.

Cavab nitqi söyləyən nümayəndə heyətimizin başçısı Hadı Rəcəbli Çini sürətli inkişaf edən, Azərbaycana dost olan qüdrətli dövlət, dünyanın iqtisadi güc mərkəzlərindən biri adlandırdı. Hadı müəllim Çinin inkişafının əsas səbəblərini belə xarakterizə etdi:

- sabitlik;

-kadrların düzgün seçilib yerləşdirilməsi;

- inzibatçılıq və planlaşdırma;

- peşəkarlıq və elmi yanaşma;

- əmək məsuliyyəti və nəzarət;

- nəticəyə hesablanmış konkret fəaliyyət və hesabatlılıq.

Sonra qeyd etdi ki, Azərbaycan bu layihənin uğurla reallaşmasına maraqlı olan ölkə kimi Çinin yaxın tərəfdaşıdır və Çin hökuməti bizim ölkəmizlə münasibəti daha yüksək səviyyəyə qaldırmaqla Qafqaz regionunda daha səmərəli nəticələr əldə edə bilər. Azərbaycan bu layihədən böyük dividentlər gözləyir. Layihənin reallaşması nəticəsində yük dövriyəsi Transxəzər hövzəsində 3 dəfə artacaq, yüklərin mənzil başına çatdırılması vaxtı isə 3 dəfə qısalacaq.

Hadı müəllim çıxışını belə bir müdrik aforistik notla bitirdi:

- “Bir kəmər, bir yol” layihəsi işə düşəndən sonra dünyanın şalvarı belində daha möhkəm dayanacaq. Söhbətin bu yerində ürəyimdən keçdi ki, söyləyim:

- Allah ağzından eşitsin Hadı müəllim! Gündən-günə abırdan düşən bu dünyanı tumançaq görməyi heç istəmirəm.

Hadı müəllimdən sonra söhbətə qoşulan millət vəkili Tahir Mirkişili “Bir kəmər, bir yol” layihəsi barədə fikirlərini söylədi. Onu da qeyd edim ki, səfər proqramımız tərtib olunanda “Bir kəmər, bir yol” müzakirəsi nəzərdə tutulmamışdı. Bu məsələ sonradan məhz Tahir müəllimin təşəbbüsü nəticəsində gündəliyə salındı. Tahir müəllim başqa bir meqalayihə - Transxəzər rəqəmsal ipək yolu – optik kəmər layihəsi barədə məlumat verdi. Bu regional layihənin əsas oyunçusunun Azərbaycan olduğunu qeyd edərək Çin hökumətinin bu layihədə aktiv yer almasının gərəkliliyini vurğuladı.

Müzakirələrdə çıxış edən millət vəkili, professor Sahibə xanım Qafarova iqtisadi layihələrlə yanaşı humanitar layihələrə də önəm verilməsinə diqqət çəkdi. O Azərbaycan və Çin arasında tələbə mübadiləsi və elmi-texniki əməkdaşlıq müqaviləsinin vacibliyini vurğuladı.

Tədbirin sonunda bizim Can dediyimiz, amma əsl adı Zhang Zhenkun olan köhnə dostumuz bu gün Çin xalqının milli bayranmı olan – Ay bayramı olduğunu qeyd etdi. Yəni Ayın tam göründüyü 13 sentyabr günü bunlarda mehribanlıq, harmoniya günü, ailə bayramı kimi qeyd olunur, Bu günün bayram yeməyi dütöv qızardılmış Çin ördəyi sayılır. Can bizim hamımızı təbrik etdikdən sonra ziyafətə - bayram ördəyi yeməyə dəvət etdi.

Çinin yemək mədəniyyəti bizimkindən çox fərqli və mürəkkəbdir. Əvvəla bu xalq tarixən çox aclıq çəkmişdir və hər şeyi yeməyi vərdiş etmişdir. Çinlilərin təsəvvürünə görə üzən, sürünən, qaçan, uçan nə varsa hamısını yemək olar. Onların bu deyimidə var: Dünyada pis qida yoxdur, pis aşbaz var.

Çinlilər harda gəldi, necə gəldi yeyirlər. Biz mağazada pıştaxta arxasında, küçədə səki üstündə, yol gedə-gedə əlində xörək yeyən adamlara bəlkə də təəccüblə baxarıq, amma çində bu adi həyat normasıdır.

Başqa bir mürəkkəblik ondadır ki, çinlilər müxtəlif qidaları, əti-balığa, balığı-quşa, qurbağanı-soxulcana, kəpənəyi- tıspaga yumurtasına qarışdırıb müxtəlif yağlar və siroplarla turşularla birlikdə yeyə bilirlər.

Çində rəsmi ziyafətlərdə 18 cür yemək verilməsi protokol qaydasında təsbit edilmişdir. Deyilənə görə Mao Tze Dunun rəhbərliyi zamanı rəsmi ziyafətlərdə protokol qaydasında 36 cür yemək verilərmiş, sonralar bu rəqəm iki dəfə azaldılaraq 18-ə endirilmişdir.

Canın “Ay bayramı” ziyafətində də protokola uyğun olaraq 17 yemək süfrəmizə gəlib qayıdandan sonra ziyafətin əsas yeməyi ördəyin doğranması mərasimi başladı. İri gümüş məcməyidə bütöv qızardılmış iki ördək salona gətirildi. Milli bayram geyimində iki aşbaz ördəkləri böyük şövq və ustalıqla doğramağa başladılar. Burada əsas məsələ iti bıçaqla ördəyin dərisini nazik laylarla kəsib xırda – xırda doğramaq, sonra ördəyin ağ və qara tikələrini xırdalamaq, bu tikələrin üzərinə bir parça qızardılmış dəri və soğanabənzər acı bir bitki əlavə edib bizim yuxaya bənzəyən çörək parçasına dürmək kimi bükərək kiçik nimçələrdə qonaqlara payladılar.

Bu ziyafətdə Can özünün masabəyilik istedadını tam ortaya qoydu. Əvvəl söylədi ki, bir ev üstə gəl bir müəllim bərabərdir məktəb. Bir ev üstəgəl iki adam bərabərdir ailə. Və müəllimlərimiz bizə öyrədib ki, ailədə harmoniya olanda dövlətdə də sabitlik olur. Ona görə də bayram günündə sizin ailənizə harmoniya, dövlətinizə sabitlik arzu edirəm. Canın sonrakı “etirafı” isə bizi lap çaşdırdı; o söylədi ki, mən Azərbaycanı sizin hamınızdan çox sevirəm, “Azərbaycan” sözünün sonu “can” hecası ilə bitir, sizin heç birinizin adında can sözü yoxdur, mənim isə adım Candır. Canın rus dilinin qol-qabırgasını sındıra-sındıra söylədiyi bu sözləri alqışlamaqdan başqa çarəmiz qalmamışdı.

Əslində Canın adının (“Zhang” yazılır, “Çanq” oxunur) mənası – “general” demək imiş. Burada Tayvan hökumətinin başçısı, hərbi və siyasi xadim, general Can

Kay Şi (Chiang Kai-shek) yadıma düşdü. Bir də o yadıma düşdü ki, bu general mənasını verən “cang” sözü fars dilindəki “cəngi”, “cəngavər” sözləri ilə necə də yaxındır. Görəsən hansı dildən hansına keçib. Bir də düşündüm ki, dünya doğrudanda çox kiçikdir.

Böyük Çin səddi

“Ay bayramı”nı Çinli dostlarımızla birgə qeyd edəndən sonra nümayəndə heyətimiz dünyanın yeddi möcüzəsindən biri sayılan “Böyük Çin səddi”ni görmək üçün yola çıxdı. Bu tikili haqqında dünyanın bütün ensiklopediyalarında, internet şəbəkəsində geniş məlumat olduğunu nəzərə alaraq bu yazıda qısa məlumat və öz təəssüratlarımı bölüşməklə kifayətlənmək istəyirəm. “Böyük Çin səddi” bəlkə də dünyanın ən uzun müddət davam edən tikinti layihəsidir. Belə ki, bizim eradan əvvəl üçüncü əsrdə Çin ərazisində tikintisi başlanmış bu qala-divar düz 1900 il – yəni 16-cı əsrin ortalarına qədər tikilməkdə davam etmişdir. Təbii ki, tarixi və hərbi zərurətdən...

Bizim eranın üçüncü əsrində Çin ərazisində yaşayan müxtəlif tayfaları artıq bir dövlətdə birləşdirmək mümkün olmuşdu və köçərilikdən oturaq həyat tərzinə keçən Çin xalqı kəndlər, qəsəbələr salır, ticarət qurur, istehsalla məşğul olur, dövlət get-gedə varlanırdı. Çinin qonşuluğunda yaşayan hunlar tez-tez Çinə basqınlar edir, kəndləri, şəhərləri çapıb-talayır, əhalini soyub var-yoxdan çıxarırdılar. Məhz ardı-arası kəsilməyən hun hücumlarından qorunmaq üçün imperator Tsin Sinxuan İnşan dağlarının üzərindən Böyük Çin səddinin çəkilməsinə qərar verir. Səddin tikintisinə bir milyon insan, o vaxtkı Çin əhalisinin beşdə biri cəlb olunur. Bəzi tarixi mənbələrdə qeyd olunur ki, Tsin Şinxuanın bu qərarından hələ 600 il əvvəl Çinin müxtəlif tayfa-dövlətləri torpaq hasarlarla öz ərazilərini hunlardan qorumaq üçün tikililər tikmişdilər.

Böyük Çin səddinin ümumi uzunluğu 21,5 km, eni 5-6 km, hündürlüyü isə relyefdən asılı olaraq 7,5-11 metrə çatır.

Çin dövləti son zamanlar bu böyük səddin 5,6 km hissəsini bərpa edərək turistik zonaya çevirmişdir. Biz məhz Pekin yaxınlığındakı Badalin bölgəsində Böyük Çin səddini ziyarət etdik. Buraya gündə minlərlə turist gəlir. Çin səddinin bu hissəsi gündə büdcəyə 1,5-2.0 milyon dollar qazanc gətirir. Səddin keşikçi qülləsinə qalxan saysız hesabsız pilləkənləri yonulmuş çay daşındandır. Pilləkənlər arası hündürlük çox olduğundan hər adam rahatlıqla bu pilləkənləri qalxa bilmir. Biz 2-ci qülləyə qalxıb dövlət bayrağımızla yanaşı, partiyamızın – Yeni Azərbaycan Partiyasının bayrağını da başımızın üzərinə qaldırıb Çinə və dost Çin xalqına salam dedik.

Partiyamızın gəncləri Böyük Çin səddinin üzərində bayraqlarımızı başlarının üzərinə qaldırıb yellədəndə rəhmətlik Prezident Əbülfəz Elçibəyin “Biz bayrağımızı Çinə, Hindistana sancacağıq” – sözləri yadıma düşdü və içimdən acı bir təəssüf hissi keçdi. Bəli, tarix boyu rəhbərlərin reallığa uyğun olmayan, cəfəng qərarlarından xalq həmişə əziyyət çəkib, necə ki, Böyük Çin səddinin çəkilməsi milyonlarla çinlinin qanı, ölümü, əzabı, səfaləti hesabına başa gəlib, amma Çini düşmən hücumlarından qoruya biləyib: nə hunlardan, nə monqollardan, nə mancuriyalılardan.

İçimdən bir qorxu hissi də keçdi ki, dünyanın belə düzənində nə vaxtsa Azərbaycan bayrağını Qarabağ torpaqlarında yelləmək bizə qismət olacaqmı? Amma turist kimi yox!!!

Çin səddində olarkən xəbər tutduq ki, Yəmənin dron-bombaları Səudiyyə Ərəbistanının neft emalı zavodlarını alt-üst edib. ABŞ prezidenti Donald Tramp da bəyanat verib ki, Yəmənin belə gücü yoxdur. Bu İranın işidir və əgər komissiya sübut etsə ki, bu işi görən İrandır, onda ABŞ ordusu İranı vuracaq.

Bir daha əmin oldum ki, bu etibarsız dünyada etibarlı tərəfdaş tapmaq çox çətindir. Bir daha əmin oldum ki, Çindən bərk yapışmalıyıq!

Pekin-Şanxay ekspresi

Çin sürətli dəmir yolu sahəsində dünyada birincidir,- desək yanılmarıq. Həqiqətən də dünyada sürətli elektrik qatarları istehsal edən əsas iki dövlətdən biri Fransa, digəri isə Çindir. Çində istehsal olunan müasir sürət qatarları həm texniki göstəricilərinə, həm də komfortuna görə, həmçinin sürətli qatar yollarının çəkilməsində də Çin dünya birincisidir. Hazırda bütün dünyada sürət qatarları üçün çəkilən 28 min km yolun 22 mini Çinin payına düşür.

Biz Pekindən Şanxaya sürət qatarı ilə yola düşəndə bu qatarın nə qədər yüksək məziyyətləri olduğunu gözlərimizlə gördük.

Əvvəla qatar kifayət qədər böyükdür. Bu ekspres 17 vaqonun hər birində 50 sərnişin olmaqla bir dəfəyə 850 adamı daşıya bilir. Qatarda hər cür rahatlıq nəzərdə tutulub: rahat, yumşaq, enli kreslolardan tutmuş internet şəbəkəsinə qədər. Yol boyu sendviç verilir, su, qəhvə, çay təklif olunur. Bundan əlavə pulla digər yemək, meyvə və şirniyyatlar da almaq olar.

Pekinlə Şanxay arasındakı məsafə 1250 km-dir. Bu yolu 4 saat 15 dəqiqəyə gəldik. Qatarın maksimal sürəti 350 km/saat, orta sürəti 285 km/saat təşkil edir. Yolun rahatlığına söz ola bilməz. Qatar gedərkən bizim vərdiş etdiyimiz taqqıltıdan, silkələnmədən söhbət belə gedə bilməz. Əslində bu sürət qatarını hərtərəfli inkişaf edən Çinin simvollarından biri hesab etmək olar.

İnkişaf edən Çinin digər simvolu isə heç şübhəsiz ki, Şanxay teleqülləsidir.

Şanxaya günorta çatdıq. Çin Kommunist Partiyasının əzəmətli, gözəl həyəti, geniş, yaşıl ağaclarla zəngin parkı olan qonaq evində dincəlib nahar edəndən sonra Şanxay teleqülləsinə getdik. Teleqüllə Xuanpu çayının sağ sahilində 1990-1994-cü illərdə tikilib. Hündürlüyü 468 metrdir. “Şərqin mirvarisi” adlandırılan bu teleqüllə hündürlüyünə görə Asiyada 3-cü, dünyada isə 5-ci yerdədir.

Teleqüllənin birinci mərtəbəsində Şanxay şəhərinin tarixini əks etdirən gözəl bir muzey fəaliyyət göstərir, muzeyin canlı personajlardan o qədər də fərqlənməyən eksponatları mumdan hazırlanmışdır.

Teleqüllənin 259-cu metrində dünyada yeganə olan şüşə koridora çıxdıqda Şanxay şəhəri sözün əsl mənasında adamın ayağının altında qalır.

Teleqüllənin 267-ci metrində fırlanan restoran yerləşir. Restoranın dövr etmə sürəti çox deyil, demək olar ki, hiss olunmur. Amma 1 saat ərzində tam dövr edən qüllə-restoranda həm ləzzətli yemək, həm də şəhəri seyr etmək bizə maraqlı anlar yaşatdı. Bilet o qədərdə baha deyil (Çin qiymətləri ilə) – 60 dollarlıq bilet həri seyr etmək, həm də “açıq bufet” stilində restoranda ləzzətli şam etmək mümkündür.

Xuanpu çayında gəmi ilə gecə gəzintisi çıraqban Şanxayın gecə görüntüsünü seyr etməyin ən yaxşı vasitəsidir ki, çinli dostlarımız bu imkanı da bizə yaratdılar.

Şanxay öz ruhu olan, qədimliyi ilə müasirliyi bir yerdə yaşadan iri sənaye şəhəri, dünyanın ən böyük meqapolislərindən biridir. Şanxayın illik büdcəsi 70 milyard dollara yaxındır, adam başına düşən ÜDM 18 mun dollar təşkil edir. Bu şəhərdə 24 milyondan çox insan yaşayır, gündə milyondan çox insan isə turist kimi gəlib-gedir.

Şanxay səfərimizin ikinci günü Şanxaydan avtomobillə 1 saatlıq məsafədə olan qədim Fundin şəhərini gəzdik. Buraya yalnız orta əsrlərin ölçüsündə şəhər demək olar. Bu muzey şəhərə son illərdə qəsəbə statusu verilib ki, işsiz insanlar buranı tərk etməsinlər. Şəhərin 1500 ildən çox yaşı var. Qədim dövrlərdə tikilən evlər, küçələr, su kanalları restavrasiya olunub, işlək vəziyyətdədir. Qəsəbə içi kanalda köhnə avarlı taxta qayıqda gəzinti turist marağına uyğun düşünülüb. Bu şəhərdən Çində tanınmış alimlər, yazıçılar, rəssamlar çıxıb. Şəhər kiçik olsa da 100 mindən çox əhalisi var və bu Çin üçün o qədər də böyük rəqəm sayılmır.

Çin Kommunist Partiyası Şanxay şəhər təşkilatının büro üzvü, Şanxay şəhəri birləşmiş maliyyə Fondlarının rəisi (maliyyə naziri) cənab Cun Qan Mio ilə görüşümüz qaldığımız qonaq evinin çox saylı konfrans zallarının birində baş tutdu.

Bu bizim həm Şanxayda, həm də elə bütövlükdə, səfər ərzində sonuncu rəsmi tədbirimiz oldu.

Nümayəndə heyətinin başçısı Hadı Rəcəblini və heyət üzvlərini öz ifadəsi ilə desək, “alovlu kommunist salamları” ilə salamlayan cənab Mio Şanxay şəhərinin inkişafından həvəslə danışdı.

O qeyd etdi ki, Şanxay şəhəri Çinin və dünyanın ən böyük maliyyə dövriyyəsi olan liman şəhərlərindən biridir. Şanxayın əsas inkişaf tarixi 1843-cü ildə Birinci tiryək müharibəsi bitəndən sonra bağlanmış “Hankin müqaviləsi” əsasında bu şəhərin limanlarının xarici ölkələrin gəmilərinə açıq elan edilməsi ilə başlayıb. Bu zamandan etibarən Şanxayda ingilis, alman və fransız koloniyaları yaranıb və şəhərə Avropa təhsili və idarəetmə üsulu gətirilib.

Sonunda ehtiyatla qeyd etdi ki, Azərbaycanla Şanxayın ticarət əlaqələri çox zəngin deyildir. İllik maliyyə dövriyyəsi cəmi 4 milyon ABŞ dolları təşkil edir.

Cavab nitqi ilə çıxış edən Hadı müəllim nəzakət ifadə edən sözlərdən sonra Azərbaycanın uğurlarından danışdı, Çinlə və Şanxay şəhəri ilə əlaqələrimizin “Bir kəmər, bir yol” layihəsi vasitəsi ilə daha da inkişaf edəcəyini, ticarət dövriyyəmizin 4 milyard dollara çatacağına ümidlə baxdığımızı söylədi. Hadı müəllimin bir caəngavər qətiyyəti və gənclik nikbinliyi ilə söyləriyi bu son fikirləri Şanxayın maliyyə naziri diplomatik bir təbəssümlə qarşıladı: bu hamımızın arzusudur!

Görüşün sonunda xatirə şəkli çəkdirdik və bir-birimizə hədiyyə-suvenirlər təqdim etdik.

Çun Qan Mionun Azərbaycan nümayəndə heyətinin şərəfinə verdiyi ziyafətdən sonra Pekinə dönmək üçün Şanxay hava limanına yola düşdük.

Şanxayda da, Pekində də hava limanında insanlar yaz qarışqaları kimi qaynaşır, olduqca böyük sıxlıq və hərəkətlilik olan bu məkanda səfər yoldaşlarından aralanmaq fəlakət kimi bir şeydir. Çinli məmurların çoxu öz dillərindən başqa dilləri bilmir, ya da çox pis danışırlar. Amma bununla belə, kommunist nizam-intizamı, ciddi nəzarət-yoxlama sistemi hər addımda özünü göstərir.

Biz diplomatik statuslu nümayəndə heyəti olaraq aeroportun VİP xidmətindən istifadə etsək də, ümumi qaydada gömrük, pasport, sərhəd xidməti yoxlamasından keçdik. Deyilənə görə Çin hava nəqliyyatı dünyada ən ciddi nəzarət olunan və təhlükəsizliyi yüksək səviyyədə təmin edilən xidmətlərdən biridir. Çində bütün infrastruktur obyektləri bizim adət etmədiyimiz səviyydə böyük tikilir və çox funksiyalı olur. Bu da təbiidir. Bir var obyekti 10 milyon əhalisi olan ölkə, yaxud 300-500 min sakini olan şəhər üçün nəzərdə tutasan, birdə var əhalisi milyonlarla ölçülən şəhərlərdə. Buna baxmayaraq Çində torpağın hər qarışının qədrini bilirlər və ərazidən səmərəli istifadə etməyi bacarırlar.

Səfərin yekununun müzakirəsi

Pekin hava limanında bizi Azərbaycanın ÇXR-da fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı başda olmaqla səfirliyimizin diplomatik heyəti qarşıladı.

Xoş təsadüfdən Əkrəm müəllim də vacib bir səfəri təşkil etmək üçün bizimlə birlikdə Bakıya uçacaqdı.

Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri Oktay Əsədovun dəvəti ilə 19 sentyabr 2019-cu il tarixdə Çinin Ali qanunverici orqanı olan Ümum Çin Xalq Nümayəndələri Yığıncağının sədri Li Cansu böyük tərkibdə nümayəndə heyəti ilə Bakıya səfərə gələcəkdir. Yeri gəlmişkən qeyd edim ki, bu səfər Azərbaycan-Çin münasibətləri tarixində Çinin ən yüksək səviyyəli nümayəndə heyətinin səfəri olacaqdır.

Bakıya yolçuluğumuza başlamağa beş saatdan çox vaxt qalırdı. Əkrəm müəllimin təklifi ilə bu vaxtı hava limanının salonunda deyil, yaxınlıqdakı alman restoranında çay süfrəsi arxasında səfərimizin yekunları və gələcək perspektivləri müzakirə etməklə keçirdik.

Ümumi qənaətimiz bu oldu ki, Çin Kommunist Partiyasının dəvəti ilə Yeni Azərbaycan partiyasının nümayəndə heyətinin Çinə 7 günlük səfəri uğurlu olmuşdur və qarşıya qoyulan vəzifələr yerinə yetirilmişdir.

İkinci qənaətimiz ondan ibarətdir oldu ki, Çin-Azərbaycan münasibətlərinin yeni mərhələsində daha yüksək hədəflərə çatmaq imkanları kifayət qədər genişdir və bu istiqamətdə həm partiyalarımız arası, həm də parlament münasibətlərini daha da intensivləşdirmək, qarşıya konkret məqsədlər qoymaq və bu məqsədlərə çatmağın optimal yolları haqqında düşünməliyik.

Daha bir qənaətimiz ondan ibarətdir ki, münasibətlərin inkişafında aktiv tərəf rolunda biz çıxış etməliyik, daha doğrusu bizim Çinə ehtiyacımız daha çoxdur, nəinki Çinin bizim yardımımıza.

Çin şirkətlərini Azərbaycana investisiya qoymaq üçün dəvət etməliyik və onlara şərait yaratmalıyıq.

Çin Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır və Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Eyni zamanda Çin son zamanlar Ermənistanla intensiv şəkildə

iqtisadi, ticari, hərbi və humanitar əlaqələr qurur, investisiyalar yatırır, hərbi yardımlar göstərir. Ermənistan ildə 200-dən artıq tələbəni Çinə təhsil almağa göndərir (biz isə 50 nəfər!). Ermənistanda Çin dili sinifləri açılır. Bu gələcəkdə Çinin mövqeyinin Qafqazda Ermənistana tərəf meyllənməsinə hesablanmış addım kimi təhlükəlidir.

Həm istehsal, həm idxal, həm də ixrac baxımından Çin olduqca böyük bir bazardır və bu bazarda yer tutmaq, qeyri-neft məhsullarımızı, xüsusilə meyvə-tərəvəz və emal məhsullarımızı, şərabımızı bu bazara çıxara bilsək bizim heç bir ölkəyə, o cümlədən, siyasi iddiaları, maraqları və təhdidləri heç zaman əksilməyən Rusiya bazarına ehtiyacımız olmaz. Hal-hazırda Çinlə qeyri-neft məhsullarının dövriyyəsi xeyli aşağıdır və cəmi 28 milyon dollar təçkil edir.

“Bir kəmər, bir yol” layihəsi ilə Çindən Avropaya gedən dəmir yolları üç istiqamətə şaxələnir: Çindən Rusiya üzərindən Avropaya; Çindən İran üzərindən Avropaya; Çindən Transxəzər-Azərbaycan, Gürcüstan üzərindən Avropaya.

Biz əgər Çindən Avropaya daşınan yüklərin cəmi 5%-i götürə bilsək, büdcəmizə neft-qaz sektorundan gələn gəlir qədər vəsait toplanmış olacaq. Bu isə çox çətin bir məsələdir, ən azı iqtisadi hesablamalarda ən diqqətli və siyasi münasibətlərdə son dərəcə ehtiyatlı olmalıyıq. Çünki Azərbaycandan keçən hər bir vaqon, yaxud konteyner Rusiyadan və İrandan keçməyən bir vaqon və ya konteyner deməkdir.

Nəhayət, münasibətlərimizin yeni mərhələsi üçün Azərbaycan insanını, sahibkarının, tələbəsinin, turistinin Çin haqqında formalaşmış köhnə, kasıb, qeyri-demokratik, geridə qalmış, keyfiyyətsiz mal istehsalçısı Çin təsəvvürü streotipi dəyişməlidir.

Çini yaxşı tanımaq üçün gedib-gəlmək, turistik, humanitar, mədəni əlaqələri yüksəltmək lazımdır. Bundan ötrü qardaşlaşmış şəhərlər layihəsini genişləndirməyə ehtiyac vardır.

Müzkirələrimizin sonunda ümumi rəyə gəldik ki, Çin səfərimiz barədə təəssüratlarımızı, görüşlərin nəticələri barədə geniş arayış hazırlayaq və həmin arayışı nümayəndə heyətimizin başçısı Hadı Rəcəbli YAP sədrinin müavini və icra katibi, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədova təqdim etsin.

Sentyabrın 17-i saat 01:15 -də AZAL-a məxsus təzə, komfortlu Boing 767-800 təyyarəsi Pekindən Bakı istiqamətində havaya qalxdı.

...Təyyarədə saatlarımızı Bakı vaxtına uyğunlaşdırdıq.

...Çin zaman etibarı ilə Azərbaycandan dörd saat qabaqdadır.

...Sentyabrın 17-i Bakı vaxtı ilə saat 05:15 –də təyyarəmiz Heydər Əliyev hava limanında yerə endi.

...Xəzərdən əsən küləyin gətirdiyi neft qoxusunu nəfəs kimi ciyərlərimizə çəkdik.

Musa Urud,

Millət vəkili, YAP

Siyasi Şurasının üzvü.

Bütün xəbərlər Facebook səhifəmizdə